Məhkəmə qərarları › İş №2(002)-2478/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2478/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka borcun
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2478/2021 18.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3, Cavabdeh4, Abulova (Sabirzadə) Gülşən Mirəli qızı,X3 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 ,Abulova (Sabirzadə) Gülşən Mirəli qızı, X3 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.10.2018-ci il tarixli, RP-00235-14/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 23.06.2021-cu il tarixinə olan 14006.32 manat əsas borc, 1028.9 manat faiz borcu, 2937.96 manat dəbbə borcu, ümumilikdə 17973.18 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh1 12.10.2018-ci il tarixdə iddiaçıyla RPG-00235-14/17A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, X7, ev 6, 7 saylı mənzili (ü.s 46.9 kv.m) tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin, cavabdehlər Cavabdeh1 və X1 tutulması və mənzilin boşaldılmasına və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 həmin mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasfnda bağlanmış 12.10.2018-ci il tarixli RP-00235-14/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 72 (yetmiş iki) ay müddətinə illik 10 (on) faiz ödəmək şərti ilə 17941 (on yeddi min doqquz yüz qırx bir) manat 83 (səksən üç) qəpik məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.İddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı 26.12.2019-cu il tarixdə 12 oktyabr 2018-ci il tarixli RP-00235-14/18A saylı kredit müqaviləsinə 01 saylı əlavə imzalanmışdır.Kreditin təminatı qismində Cavabdeh1 12.10.2018-ci il tarixdə iddiaçıyla RPG-00235-14/17A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, X7, ev 6, 7 saylı mənzili (ü.s 46.9 kv.m) İpoteka saxlayana ipotekaya qoymuşdur.Cavabdeh X4 12.10.2018-ci il tarixdə iddiaçıyla RPZ-00235- 14/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur.Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 139 (bir yüz otuz doqquz) gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 6.1-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Cavabdehin 23.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 14006.32 manat, faiz borcu 1028.9 manat, dəbbə borcu 2937.96 manat təşkil edir. Beləliklə cavabdehin 23.06.2021-ci il tarixinə ümumi borcu 17973.18 manat təşkil edir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin həmin hallar nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5,Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12.10.2018-ci il tarixli RP-00235-14/18A saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1, 72 ay müddətinə 17941.83 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 30.10.2015-ci il tarixli SMMG-00009-14/15U saylı ipoteka müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 tərəfindən Bakı şəhəri,Qaradağ rayonu,Qobustan Qəsəbəsi,X7,ev6 ünvanında yerləşən 7 nömrəli mənzili ipotekaya qoymuşdur. İş materiallarına əlavə olunmuş 12.10.2018-ci il tarixli RPG-00235-14/17A saylı sonraki ipoteka müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC qarşısında 12.10.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 tərəfindən Bakı şəhəri,Qaradağ rayonu,Qobustan Qəsəbəsi,X7,ev6 ünvanında yerləşən 7 nömrəli mənzili yenidən ipotekaya qoymuşdur, ipoteka saxlayan qismində "xxxx" ASC, ipoteka qoyan qismində Cavabdeh1 çıxış etmişdir. İş materiallarına əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh1 12.10.2018-ci il tarixli RP-00235-14/18A saylı kredit razılaşması üzrə 72 ay müddətində hər ay 333 manat ödəniş etməklə, ümumilikdə cəmi 24677.32 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh1 komissiya çıxılmaq şərti ilə 17941.83 manat pul verilmişdir. İş materiallarına əlavə olunmuş 12.10.2018-ci il tarixli №RPZ-00235-14/18A saylı zaminlik müqaviləsi üzrə X4 12.10.2018-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə kreditor qarşısında birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş bildirişin surətindən görünür ki, Cavabdeh1, 12.10.2018-ci il tarixli №RPZ- 00235-14/18A saylı zaminlik müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşıyan X6 qızına borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, "xxxx" ASC-nin müştərisi olan Cavabdeh1 12.10.2018-ci il tarixli RP-00235-14/18A saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc 14006.32 manat, faiz üzrə 1028.9 manat, cərimə borcu 2937.96 manat, cəmi 17973.18 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-in ******* N-li çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu,Qobustan Qəsəbəsi,X7,ev6 ünvanında yerləşən 7 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur, bu hüquq03.10.2015-ci il tarixdə qeydiyyata alınmışdır, "xxxx" ASC-nin xeyrinə 12.10.2018-ci il tarixli əsas öhədliyinin icrasının təminatı kimi yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş 30.04.2021-ci il tarixli bildirişin məzmunundan aydın olur ki, Bakı şəhəri,Qaradağ rayonu,Qobustan Qəsəbəsi,X7,ev 6 ünvanında yerləşən 7 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materialalrında olan 07 oktyabr 2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş 10 № li ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri,Qaradağ rayonu,Qobustan Qəsəbəsi,X7,ev 6 ünvanında yerləşən 7 nömrəli mənzilin likvid qiyməti 12000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə borca və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə borc və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 12.10.2018-ci il tarixli RP-00235-14/18A saylı kredit müqaviləsinə əsasən 72 ay müddətinə 17941 (on yeddi min doqquz yüz qırx birmanat 83 qəpik) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı bank 17941.83 manat məbləğində pul vəsaitini cavabdehə verir, cavabdeh isə həmin pul məbləğini ödəniş cədvəlinə uyğun olaraq krediti və faizi banka qaytarmağı öhədisnə götürür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda, cavabdeh müvafiq kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliklərini vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozulmuşdur. Bununla da borc alan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda Cavabdeh1 ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində cavabdeh X4 ilə iddiaçı bank arasında 12.10.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdeh əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında lazimi qaydada və vaxtında icra eidlməməsinə görə zamin qismində çıxış edən cavabdeh X4 ilə birgə mülki hüquqi məsuliyyəti yaranmışdır.Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hazırki mülki iş üzrə kredit borcunu həm əsas, həm faiz borcu hissəsində ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 12.10.2018-cu il tarixli RP-00235-14\18A saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda yaranır. Həmin Qanunun 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsaəsn ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi məsələsinə” dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən eidlməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) məhz həmin ekspert rəyi əsas götürülməklə, həmin rəy əsasında müəyyən edilmiş müvafiq daşınmaz əmlakın likvid dəyəri əsasında müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyi məzmununda aydın olur ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin likvid dəyəri 12000 manat məbləğ təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti 12000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin müvafiq mənzildən çıxarılması, əmlakın boşaldılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi halı qeyd olunan şərtlə mövcud olduqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsini 1 ay ərzində tərk etməsi üçün əsasdır , tərk etmədiyi halda qanunevriciliklə müəyyən edilmiş qayadada məcburi qayadada çıxarılma üçün əsasdır və bu norma imperativ norma kimi müəyyən edilmişdir. Bu halda, məhkəmə ipoteka haqqında qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, habelə hazırki mülki iş üzrə tutmanın ipoteka predemetinə yönəldilməsi halının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi cavabdehlərin ipoteka predmeti olan yaşayış sahəsini 1 ay ərzində tərk etmədiyi halda, müvafiq mənzildən çıxarılması, əmlakın boşaldılması hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənzilə dair istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəf nəqədər ki mübahisə predmeti olan əmlakın hazırki halda mülkiyyətçisi qismində çıxış etmir, onun belə bir tələb irəli sürməyə dair indiki halda subyektiv hüququ mövcud olmamışdır. Ona görə də iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumları və xidmət haqqının tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 12.10.2018-cu il tarixli RP-00235-14\18A saylı kredit müqaviləsiləğv edilməli, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 12.10.2018-cu il tarixli kredit müqaviləsi yaranmış 14006,32 manat məbləğində əsas borcu, 1028,9 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 15055,22 manat məbləğində borc, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, cavabdehlərdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, X7, ev 6 , 7 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 12000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan mənzilin satışı açıq hərrac yolu ilə realizə edilməli, həmin mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdehlər ipoteka predmeti olan mənzildən ən geci 1 ay ərzində çıxarılmalı,qalan hissədə iddia təmin edilməməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 12.10.2018-cu il tarixli RP-00235-14\18A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 12.10.2018-cu il tarixli kredit müqaviləsi yaranmış 14006,32 manat məbləğində əsas borcu, 1028,9 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 15055,22 manat məbləğində borc, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlərdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh1 oğluna məxsus oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, X7, ev 6 , 7 saylı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. Mənzilin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra qalıq borcun məbləği Cavabdeh1 və X1 müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulsun İpoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, X7, ev 6 , 7 saylı mənzilin ilkin satış qiyməti 12000 manat müəyyən edilsin. Cavabdeh1 oğluna məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, X7, ev 6 , 7 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və cavabdehlər ən gec bir ay ərzində mənzili boşaldaraq, həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver