Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3/2021 04.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdehlər X5, X2 və X6 qarşı mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 04 noyabr 2021ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, X2 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X3, X1 və X4 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 2 saylı evin 7-ci mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 avqust 2014-cü il tarixli qərardadı işin icraatı dayandırılmışdır. Məhkəmə tərəfindən mülki işin icraatı 18 oktyabr 2021-ci il tarixdə təzələnmişdir. Məhkəmə baxışı 04 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunauyğun qaydada məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə də məhkəməyə heç bir vəsatətlər daxil olmamışdır. Məhkəmə, tərəflərin məhkəmə iclasına gəlməməklə məhkəmə baxışının keçirilməsinə dair hər hansı bir vəsatətinin daxil olmamasını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0, 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X5, X2 və X6 qarşı mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №2(002)-3/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3/2021
04.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver