Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3168/2021 01.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi “Azneft” İstehsalat Birliyini maraqlı şəxs kimi qeyd etməklə «pulun indeksasiyası ilə artırılması» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “Azneft” İstehsalat Birliyini maraqlı şəxs kimi qeyd etməklə «pulun indeksasiyası ilə artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2-4-2007 saylı 19 mart 2007-ci il tarixli qətnaməsi ilə cavabdeh təşkilatın ona ödədiyi 78 manat pulun illik indeksasiyası nəzərə alınmaqla məbləğinin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Mülki prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, müvafiq məhkəməsi qətnaməsinin icrası zamanı tutulmalı olan pul məbləğinin müvafiq indeksasiyası tərəflərin ərizəsi əsasında həyata keçirilə bilər. Göründüyü kimi mülki prosessual qanunvericiliyinin tələbinə əsasən hazırki mülki iş üzrə qeyd edilən məsələ məhz icra icraatı qaydasında baxılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə ərizəçinin iddia tələbinin predmetini məhz müvafiq məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı hüquq münasibətləri təşkil edir. Həmçinin, iş materiallarından görünür ki, ərizəçi iddia ərizəsiicra icraatı qaydasında verilməli olduğu halda, xüsusi icraat qaydasında verilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə bilrikdə iddiaçıya geri qayatrılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ərizəçiyə qeyd edilən məsələnin həlli ilə bağlı icra icraatı qaydasında ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, hesab edir ki,hazırki mülki iş üzrə iddia ərizəsi xüsusi icraat qaydasında veridliyindən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, həmçinin, ərizəçiyə icra icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “Azneft” İstehsalat Birliyini maraqlı şəxs kimi qeyd etməklə «pulun indeksasiyası ilə artırılması» tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, icra icraatı qaydasında müvafiq ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3168/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3168/2021
01.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver