Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-321/2023 23.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «şəxsin yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi və ona məxsus cehiz əşyalarının yaşayış sahəsindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «şəxsin yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi və ona məxsus cehiz əşyalarının yaşayış sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətində olan Bakı şəhəri Sahil qəsəbəsi E.Quliyev küçəsindəki 56 saylı evin üç otaqdan ibarət 24 saylı mənzilində Cavabdeh yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi və Cavabdeh məxsus cehiz əşyalarının (siyahısı əlavə olunmuşdur) mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13 oktyabr 2012-ci il tarixdə Cavabdeh oğlu X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və icarəçisi (əsas kirayənişini) olduğu, ailə üzvləri ilə birlikdə yaşadığı və xidməti orderi adına verilmiş Bakı şəhəri Sahil qəsəbəsi E.Quliyev küçəsindəki 56 saylı evin üç otaqdan ibarət 24-cü mənzilinə gəlin köçmüşdür. Cavabdeh oğlu ilə nikahlarını rəsmiləşdirdikdən sonra ona məxsus evə qeydiyyata alınmışdır. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə oğlu X3 ilə Cavabdeh arasında 13 oktyabr 2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 981 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. X7 rayon Məhkəməsində nikahın pozulmasına dair iddia qaldırmazdan əvvəl, 26 iyun 2022-ci il tarixdə Sübxanım Rəhmanova özünün geyim və şəxsi əşyalarını götürüb mənzilini tərk edərək Salyan rayonunda, hazırki iddia ərizəsində göstərilən ünvanda yerləşən atası evinə köçmüşdür, hal-hazırda da orada yaşayır, onun cehiz gətirdiyi, siyahısı iddia ərizəsinə əlavə edilmiş əşyalar isə mülkiyyətçisi olduğu mənzildə saxlanılır. Nikahları pozulduqdan sonra keçmiş gəlininin xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaqda davam etməsi və cehiz gətirdiyi əşyalarını mənzilində saxlaması, onun mülkiyyət hüququnu məhdudlaşdırır. Təsdiq olunmuş surətini əlavə etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanda yerləşən 24 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ tam pay hüququ ilə xx.xx.2018-ci il tarixdə 2898 saylı reyestr kitabının 270383 nömrəli vərəqində **********30-05101-093048 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, mənzildən qeydiyyatdan çıxmağa və əşyalarını mənzildən aparmağa razıdır. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı ərazi idarəsi tərəfindən verilmiş 23 iyul 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 saylı evin 24 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 2898 saylı reyestr kitabının 270383 saylı vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(002)- 2497/2022 saylı qətnaməsindən görünür ki, iddiaçının oğlu X3 ilə Cavabdeh 13 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin münasibətləri alınmadığından X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin mülki işə mahiyyəti üzrə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarmış, X3 ilə Cavabdeh arasında 13 oktyabr 2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 981 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün atalarından analarının xeyrinə aliment tutulması qət edilmişdir. - 19 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 436028 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, qətnamə nikahın pozulmasına dair hissədə icra olunmuş, nikahın pozulmasına dair Qaradağ rayon Qeydiyyat şöbəsində 19 noyabr 2022ci il tarixdə 259 saylı akt qeydi aparılmışdır. - Məhkəməyə təqdim olunmuş digər sənədlərdən (order, sorğuya cavab məktubu) görünür ki, ünvan 2 saylı evin 24 saylı mənzili 07 noyabr 1994-cü il tarixli 041389 saylı orderlə İddiaçı ayrılmış, DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına, həmçinin Gülnaz Rəhmanovanın, Tərlan Rəhmanovun, Telman Rəhmanovun, Cavabdeh razılıq ərizələrinə əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı adına ilkin olaraq qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin yuxarıda qeyd edilən mənzildən istifadə hüququ yoxdur. Bundan başqa, cavabdeh məhkəmə iclasında iddianı etiraf etdi. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Sahil qəsəbəsi E.Quliyev küçəsindəki 56 saylı evin üç otaqdan ibarət 24 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilməli, həmin mənzildə yerləşən və Cavabdeh məxsus olan əşyalar həmin mənzildən çıxarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Sahil qəsəbəsi E.Quliyev küçəsindəki 56 saylı evin üç otaqdan ibarət 24 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Həmin mənzildə yerləşən və Cavabdeh məxsus olan aşağıda adları sadalanan: Çay dəsti (6X fincan, 6X nəlbəki, 1X çaynik, 1X qənd qabı, 1X şəkər tozu qabı), İnci markalı, istehsal Turkiyə; Kofe dəsti (6X fincan, 6X nəlbəki, 1X kofe dəmləmək üçün çaynik), İnci markalı, istehsal Turkiyə; Nahar servisi (2 ədəd bulud, 1 ədəd sup qabı, 6 ədəd böyük boşqab, 6 ədəd orta boşqab, 6 ədəd kiçik boşqab, 1 ədəd dərin boşqab, 1 ədəd yağ qabı, 6 ədəd salat qapı, 1 ədəd salfetka qabı, 2 ədəd duz qabı), İnci markalı, istehsal Turkiyə; Şirə dəsti (1 ədəd qrafinka, 6 ədəd stəkan, 5 ədəd meyvə qabı, 3 ədəd güldan, 5 ədəd fujer, 6 ədəd yaşıl fujer, 1 ədəd yaşıl konfet qabı, 2 ədəd mürəbbə qabı, 5 ədəd büllur ayaqlı fujer, 5 ədəd qədəh balaca, 1 ədəd külqabı); Çay dəsti (6 ədəd yaşıl fincan, 6 ədəd yaşıl nəlbəki), M/Z markalı; 2 ədəd çərəz qabı (Konya istehsalı, Türkiyə), 3 ədəd salfetka qabı (1 ədədi M/Z və 2 ədədi Cobalt markalı); 1 ədəd ət çəkən maşın (köhnə əl ilə çəkiləndən); 1 ədəd böyük çaynik (Cobat markalı, Özbəkistan istehsalı); Mətbəx dəsti (1 ədəd kömçə, 1 ədəd kəfgir, 1 ədəd böyük qaşıq, 1 ədəd kotlet çevirən, 1 ədəd kartof əzən, 1 ədəd asılqan), SSRİ istehsalı; Sadə boşqab dəsti (12 ədəd dərin boşqab, 12 ədəd dayaz boşqab, 12 ədəd balaca boşqab); Mətbəx dəsti (1 ədəd kəfgir, 1 ədəd böyük qaşıq, 1 ədəd meyvə soyan, 1 ədəd əyri qaşıq, 1 ədəd kotlet götürən, 1 ədəd böyük çəngəl, 6 ədəd balaca bıçaq, 10 ədəd yaşıl qulplu bıçaq, 1 ədəd termos (Yaponiya istehsalı), 5 ədəd plastik qazan dəsti (Çin istehsalı), 6 ədəd royal şüşə stəkan (İran istehsalı), 6 ədəd balaca boşqab, 1 ədəd bulud, 2 ədəd duz qabı (Pardis modelli, İran istehsalı), Tort dəsti (1 ədəd bulud, 6 ədəd orta boşqab, Dishtazan markalı, İran istehsalı)); 1 ədəd meyvə qabı (Özbəkistan istehsalı); Şirə dəsti (1 ədəd su qabı, 6 ədəd su fincanı, 6 ədəd su fincanı), Bolero modelli, Türkiyə istehsalı; 1 ədəd qəhvədan, 4 litrlik; 6 ədəd kasa (Cabalo markalı, Özbəkistan istehsalı); 6 ədəd maskura, 6 ədəd qaşığı (Çin istehsalı); 2 ədəd 3 mərtəbəli çərəz qabı (Cabalo markalı, Özbəkistan istehsalı); 1 ədəd 2 mərtəbəli çərəz qabı; 6 ədəd salat qabı (Cabalo markalı, Özbəkistan istehsalı); 5 ədəd güllü qazan (ölçüləri: böyük, orta böyüklükdə, orta, normal, balaca); Mətbəx dəsti sadə (1 ədəd sürtkəc, 3 ədəd bıçaq, 6 ədəd çəngəl, 6 ədəd qaşıq, 5 ədəd balaca çəngəl, 1 ədəd süzgəc, 1 ədəd kartof soyan, 1 ədəd pitsa kəsən, 1 ədəd konserv açan, 1 ədəd xəmir kəsən, 1 ədəd kömçə, 1 ədəd dişli kömçə, 1 ədəd şüşə tara ağzı açan, 1 ədəd krem çalan, 1 ədəd taxta qaşıq, 1 ədəd taxta kömçə, 1 ədəd taxta kotlet çevirən, 1 ədəd alma kəsən, 1 ədəd ət baltası (kustar üsulla hazırlanmış), 2 ədəd qapaqlı yağ qabı); Tava və qazan (6 ədəd tava, Galaksi markalı, Türkiyə istehsalı), 1 ədəd aş qazanı (Maks dərin, Türkiyə istehsalı), 5 ədəd güllü qazan, 5 ədəd metal qazan (Ellegance markalı, Almaniya istehsalı), 3 ədəd tavadan (Galaksi markalı, Türkiyə istehsalı) ibarət əşyalar həmin mənzildən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-321/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-321/2023
23.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver