Məhkəmə qərarları › İş №2(002)-3476/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3476/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3476/2021 08.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51220 olan X1 8 markalı telefon üçün 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN Soyuducu 393 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Paris çarpayı, dolab, termi, tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matras, Milan- Qonaq-TV stend üçün 4730 manat ödənilməmiş hissə, 1311 manat dəbbə pulu, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********503796 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 239 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN kondisioner üçün 420 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62741 olan Samsung Galaxy A10 markalı telefon üçün 329 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN Led TV üçün 67 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 21.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN səsucaldıcı üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89094 olan Nokia 105 markalı telefon üçün 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 8837 manat borc, 108.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ABC Telecom» MMC ilə 21.11.2019-cu il, 15.08.2019-cu il, 21.11.2019-cu il, 16.04.2019-cu il, 13.07.2018-ci il, 02.01.2020-ci il, 17.06.2019-cu il, 21.09.2019-cu il və 31.01.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********51220 olan X1 8 markalı telefon, HOFFMANN Soyuducu, Alyans-Paris çarpayı, dolab, termo, tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matros, Milan-Qonaq-TV stend, İMEİ kodu **********03796 olan Xiaomi Mi A2 Lite markalı telefon, HOFFMANN kondisioner, İMEİ kodu **********62741 olan Samsung Galaxy A10 markalı telefon, HOFFMANN Led TV, HOFFMANN səsucaldıcı, İMEİ kodu **********89094 olan Nokia 105 markalı telefon almış və nəticədə 8837 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.11.2019-cu tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 773 manat, İMEİ kodu **********51220 olan X1 8 markalı telefon üçün ümumilikdə 728 manat olmaqla, ondan 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 558 manat HOFFMANN Soyuducu üçün ümumilikdə 513 manat olmaqla, ondan 393 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 5520 manat, Alyans-Paris çarpayı, dolab, termi, tumba, Zeta- Yumşaq-Kunc, Lotus Matras, Milan-Qonaq-TV stend üçün ümumilikdə 6041 manat olmaqla ondan, 4730 manat ödənilməmiş hissə, 1311 manat dəbbə pulu, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 579 manat, İMEİ kodu **********037796 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə 311 manat olmaqla, ondan 239 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 2208 manat, HOFFMANN kondisioner üçün ümumilikdə 558 manat olmaqla, ondan 420 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 358.8 manat, İMEİ kodu **********62741 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 424 manat olmaqla, 329 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 848 manat HOFFMANN LED TV üçün ümumilikdə 86 manat olmaqla, ondan 67 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 21.09.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 204 manat HOFFMANN səsucaldıcı üçün ümumilikdə 130 manat olmaqla, ondan 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 31.01.2020ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 54 manat İMEİ kodu **********89094 olan Nokia 105 markalı telefon üçün 46 manat olmaqla, ondan 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4228.7 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.01.2020-cu il tarixli, 20071650 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissəhissə ödəmək şərti ilə Nokia 105 markalı telefon almışdır. İş materiallarında olan 21.09.2019-cu il tarixli, 00929652 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə HOFFMANN səsucaldıcı almışdır. İş materiallarında olan 17.06.2019-cu il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə HOFFMANN LED TV almışdır. İş materiallarında olan 02.01.2020-ci il tarixli, 20005909 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə Samsung Galaxy A10 markalı telefon almışdır. İş materiallarında olan 13.07.2018-ci il tarixli, 00212222 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə HOFFMANN kondisioner almışdır. İş materiallarında olan 16.04.2019-ci il tarixli, 00617091 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə Xiaomi Mi A2 Lite markalı telefon almışdır. İş materiallarında olan 21.11.2019-ci il tarixli, 00617091 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə Alyans-Paris çarpayı, dolab, termi, tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matras, Milan-Qonaq-TV stend almışdır. İş materiallarında olan 15.08.2019-ci il tarixli, 00848026 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə HOFFMANN Soyuducu almışdır. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, Cavabdeh onunla bağlanmış 21.11.2019-cu tarixli müqaviləyə görə İMEİ **********5120 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 728 manat olmaqla ondan 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.08.2019-cu tarixli müqaviləyə görə HOFFMANN Soyuducu üçün ümumilikdə 513 manat olmaqla ondan 393 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləyə görə Alyans-Paris çarpayı, dolab, termi,tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matras, Milan- Qonaq-TV stend üçün ümumilikdə 6041 manat olmaqla ondan, 4730 manat ödənilməmiş hissə, 1311 manat dəbbə pulu, 16.04.2019-cu il tarixli müqaviləyə görə İMEİ kodu **********037796 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə 311 manat olmaqla ondan 239 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə görə HOFFMANN kondisioner üçün ümumilikdə 558 manat olmaqla ondan 420 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləyə görə İMEİ kodu **********62741 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 424 manat olmaqla 329 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, 17.06.2019-cu il tarixli müqaviləyə görə HOFFMANN LED TV üçün ümumilikdə 86 manat olmaqla ondan 67 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 21.09.2019-cu il tarixliHOFFMANN səsucaldıcı üçün ümumilikdə 130 manat olmaqla ondan 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 31.01.2020-ci il tarixli müqaviləyə görə İMEİ kodu **********89094 olan Nokia 105 markalı telefon üçün 46 manat olmaqla, ondan 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu miqdarında borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə Nokia 105 markalı telefon, HOFFMANN səsucaldıcı, HOFFMANN LED TV, Samsung Galaxy A10 markalı telefon, HOFFMANN kondisioner, Xiaomi Mi A2 Lite markalı telefon, Alyans-Paris çarpayı, dolab, termi,tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matras, Milan- Qonaq-TV stend, HOFFMANN Soyuducu, X1 8 markalı telefon almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə 21.11.2019-cu tarixli müqaviləyə görə Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 728 manat olmaqla ondan 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 558 manat HOFFMANN Soyuducu üçün ümumilikdə 513 manat olmaqla ondan 393 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Paris çarpayı, dolab, termi, tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matras, Milan-Qonaq-TV stend üçün ümumilikdə 6041 manat olmaqla ondan, 4730 manat ödənilməmiş hissə, 1311 manat dəbbə pulu, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə 311 manat olmaqla ondan 239 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN kondisioner üçün ümumilikdə 558 manat olmaqla ondan 420 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 424 manat olmaqla 329 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV üçün ümumilikdə 86 manat olmaqla ondan 67 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 21.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN səsucaldıcı üçün ümumilikdə 130 manat olmaqla ondan 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 31.01.2020-ci il tarixli müqaviləsinə əsasən Nokia 105 markalı telefon üçün 46 manat olmaqla, ondan 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu miqdarında borc yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51220 olan X1 8 markalı telefon üçün 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN Soyuducu 393 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Paris çarpayı, dolab, termi,tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matras, Milan-Qonaq-TV stend üçün 4730 manat ödənilməmiş hissə, 1311 manat dəbbə pulu, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********503796 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 239 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN kondisioner üçün 420 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62741 olan Samsung Galaxy A10 markalı telefon üçün 329 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN Led TV üçün 67 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 21.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN səsucaldıcı üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89094 olan Nokia 105 markalı telefon üçün 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 8837 manat borc, 108.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 21.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51220 olan X1 8 markalı telefon üçün 560 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN Soyuducu 393 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən Alyans-Paris çarpayı, dolab, termi, tumba, Zeta-Yumşaq-Kunc, Lotus Matras, Milan-Qonaq-TV stend üçün 4730 manat ödənilməmiş hissə, 1311 manat dəbbə pulu, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********503796 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 239 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu, 13.07.2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN kondisioner üçün 420 manat ödənilməmiş hissə, 138 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləə əsasən İMEİ kodu **********62741 olan Samsung Galaxy A10 markalı telefon üçün 329 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, 17.06.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN Led TV üçün 67 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, 21.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN səsucaldıcı üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89094 olan Nokia 105 markalı telefon üçün 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, ümumilikdə 8837 manat borc, 108.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar