Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3505/2021 25.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, X2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və cavabdehin ona məxsus əmlakdan çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdehlər Cavabdeh1, X2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və cavabdehin ona məxsus əmlakdan çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, cavabdeh ilə razılıq əldə etdiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını və mülki iş üzrə sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması barədə məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı iddiaçıya aid edilməlidir. Belə ki, iddiaçının ərizəsi əsasında məhkəmədə iş başlanılsa da, sonradan onun nümayəndəsi ərizə verərək, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bu halda isə dövlət rüsumu büdcədən ona qaytarıla bilməz. Çünki məhkəmədə işin davam etdirilməməsini iddiaçının özü xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməməklə, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı X1 cavabdehlər Cavabdeh1, X2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və cavabdehin ona məxsus əmlakdan çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və 40 (qırx) qəpilk xidmət haqqı iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-3505/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3505/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver