Məhkəmə qərarları › İş №2(002)-367/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-367/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-367/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, iddiaçı “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 170 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 170 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə mahiyyəti üzrə baxılmamasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh qızı işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin qaytarılmasını tələb etdiyindən və cavabdeh tərəf işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 170 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar