Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-372/2021 01.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 onun oğlu olmaqla, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, onunla birlikdə ünvan 1 mənzil 21 ünvanında yaşamışdır. Oğlu elə körpə ikən, xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Nəşini el adəti ilə Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn etmiş, lakin həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqanlara müraciət etməmişdir. Hazırda oğlunın ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, oğlu X3 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, mərhum X6 onun qonşusunun övladı olmuş, xx.xx.1993-cü il tarixdə körpə ikən vəfat etmiş, nəşi Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhum X6 onun qonşusunun övladı olmuş, xx.xx.1993-cü il tarixdə körpəikən vəfat etmiş, nəşi Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 211/69 saylı doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X6 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1992-ci il tarixdə Maraqlı şəxsndə 841 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2020ci tarixli, 05/Q-1494/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə bələdiyyəsi tərəfindən verilmiş 02/281 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, mərhum X6 1993-cü il tarixdə Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Baş Səhiyyə İdarəsi 19 Saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 622 saylı məktubdan görünür ki, X6 ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, qonşular X1 Qumru Novruz qızı təsdiq edirlər ki, X10 həqiqən də 1993cü il tarixdə vəfat etmişdir və nəşi Lökbatan qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-372/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-372/2021
01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver