Məhkəmə qərarları › İş №2(002)-415/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-415/2021

19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-415/2021 19.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə və sərəncamında olan Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə, ev 108A ünvanında yerləşən evin yaşayış sahəsindən (uşağı ilə birlikdə) istifadə hüququnun verilməsi və həmin mənzilə uşağı ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun və cavabdehlərin Ağstafa rayonunda qeydiyyatda olmaqla faktiki olaraq Ağstafa rayonunda yaşadıqlarını, himayəsində azyaşlı uşağı olmaqla mövcud pandemiya şəraitində məhkəmə iclası üçün Bakı şəhərinə gəlməkdə çətinlik çəkdiyini, gələcəkdə iddia tələbinin həcmini artıracağını, mübahisəyə Ağstafada baxılmasının hər iki tərəf üçün əlverişli olduğunu bildirdi və mülki işin aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını araşdıraraq, cavabdehlərin Ağstafa rayonu, Q.Kəsəmən kəndində qeydiyyatda olduqlarını, hər iki tərəfin Ağstafa rayonunda qeydiyyatda olmaqla faktiki olaraq orada yaşadıqlarını, Bakı şəhəri Qaradağ rayonunda yerləşdiyi iddia olunan mübahisəli tikilinin ünvanının poçt xəbərnamələrinə əsasən ümumiyyətlə tapılmadığını, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməli olduğunu nəzərə alaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 Ağstafa rayonu, Q.Kəsəmən kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh1 məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1962-ci il tarixdə Qazax rayonu, Yenikənd kəndində anadan olmuşdur, Ağstafa rayonu, Q.Kəsəmən kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 35, 44- 45 və 263-264-cü maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi barədə 2(002)-415/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar