Məhkəmə qərarları › İş №2(002)-42/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-42/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qanunsuz tikilinin s
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-42/2020 30.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, özbaşına tikilinin sökülməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, özbaşına tikilinin sökülməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 14 nömrəli fərdi yaşayış evindən çıxarılmasına, DƏDRX-nin ******* nömrəli çıxarışında qeyd edilməyən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılmasına, torpaq sahəsinin və fərdi yaşayış evinin çıxarışda qeyd edildiyi vəziyyətə gətirilməsinə, bununla bağlı bütün xərclərin cavabdeh tərəfindən çəkilməsinə, iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 15.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 14 nömrəli fərdi yaşayış evi və 0.2179 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 4 otaq olmaqla, ümumi sahəsi 143.2 kv/mt və torpaq sahəsi isə 0.2179 hektardır. Bu torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının xalası X1 vəsiyyətnamə əsasında vərəsəliklə xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı subyektiv hüquqa malik olmasına baxmayaraq, cavabdehin təqsiri ucbatından xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşaya bilmir. Belə ki, iddiaçının xalası X4 xx.xx.2018-ci ildə rəhmətə gedən zaman, cavabdeh Qaradağ Rayon Prokurorluğunun əməkdaşlarının yanında iddiçının üstünə hücum etmiş, onu evdən qovmaq istəmişdir. Qaradağ Rayon Prokurorunun müavini cənab Fəxrəddin iddiçıya demişdir ki, “ölümün səbəbini araşdırmaq üçün evi blomlayırıq, sən isə çıx get”. Bundan sonra, onun vərəsəlik hüququ və mülkiyyət hüququ məhkəmə qərarları ilə təsdiq olunmuş və bu barədə çıxarış verilmişdir. Cavabdeh ona qarşı ləyaqətsiz vərəsə hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın qəbulu tələblərinə dair Qaradağ rayon Məhkəməsində iddia qaldırmış, lakin onun iddiası xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə rədd edilmişdir. Bundan sonra, cavadeh əlində heç bir qərar və yaxud hüquq müəyyənedici sənəd olmadan, evin boş olduğunu görüb qapını qıraraq içəri daxil olmuş, orada yaşamışdır. Ona məxsus bəzi tikilini sökmüş, orada özbaşına tikili aparmış və iddaçıya əhəmiyyətli dərəcədə zərər vurmuşdur. İddiaçı bu barədə xəbər tutub, cavabdehdən zəbt etdiyi fərdi yaşayış evinin boşaldılmasını xahiş etmiş, lakin nəticəsi olmamışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh qardaşını və qardaşı oğlunu göndərib, iddiaçının oğlu X5 təhqir etdirmiş və döydürmüşdür. İddiaçının oğlu bu barədə dərhal Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə müraciət etmişdir. Cavabdeh qanunsuz hərəkətləri barədə hələ onun xalası sağ olan vaxtlarda, yəni 2011-ci il tarixdə o və xalası Qaradağ RPİnin 11-ci PB-nə müraciət etmişlər. İddiaçı bu barədə sübut kimi 11-ci PB-dən iş materialların surətlərinin verilməsini xahiş etmiş, lakin oradan bildirmişlər ki, məhkəmə sorğusu əsasında bu materialları təqdim edə bilərlər. Beləliklə, Cavabdeh qeyri-qanuni olaraq, hüquqi baxımdan iddiaçıya məxsus olan fərdi yaşayış evini zəbt etmiş, orada istədiyi şəkildə tikinti işləri aparmışdır. O isə öz fərdi yaşayış evində yaşaya bilmir. Ona məxsus olan evi özbaşına zəbt etdiyi üçün cavabdeh evdən məhkəmə qərarı ilə çıxarılmalı, özbaşına tikililər cavabdehin hesabına sökülməli, fərdi yaşayış evi çıxarışda olan əvvəlki vəziyyətə gətirilməli və ona dəyən ziyan cavabdeh tərəfindən tutulub, ona ödənilməlidir. Onun Azərbaycan Respublikasının Konstitsiyasının 13-cü, 29-cu və 43-cü maddələrində təsbit edilmiş hüquqları pozulub. Bununla əlaqədar olaraq o pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daxili qanunvericiliyə və Beynəlxalq standartlara əsasən cavabdeh ona məxsus evdən çıxarılmalıdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ona məxsus olan həyətin faktiki olaraq 3 yerə bölündüyünü və bunun da xüsusi mülkiyyət hüququnun həyata keçirməsinə xələl gətirdiyini bildirdi. Sonda məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, həyəti özbaşına zəbt etmədiyini, bu həyətin atasının olduğunu, ona isə atasından qaldığını, özünə aid ayrıca sahəsinin olduğunu, iddiaçının iddia etdiyi sahəyə girmədiyini, 21 sot sahənin içində heç nə etmədiyini, hazırda isə mübahisə predmeti olan evdə yaşadığını, hazırda evin çıxarışının iddiaçıya məxsus olub-olmadığını bilmədiyini, evin hər bir halda əvvəllər atasına məxsus olduğunu, iddiaçı ilə aralarında heç bir müqavilə, razılaşma, hər hansı sənədin olmadığını bildirmişdir. Bu halların nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 143.2 kvadratmetr daşınmaz əmlakın ümumi sahəsi, 0.2179 kvadratmetr torpaq sahəsinin ölçüsü olmaqla xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin texniki passportu ilə baş planı faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur. Belə ki, texniki pasportda göstərilən torpaq sahəsi 280.0 kv.m və 286.0 kv.m-i ayrı-ayrı qonşuların istifadəsindədir. Əlavə olaraq 603.0 kv.m torpaq sahəsi zəbt edilərək istifadə edilir və texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüşdür. İş materiallarına həmçinin fotoşəkillər əlavə edilmişdir. Məhkəmə bununla əlaqədar bir sıra hüquq normalarının qeyd olunmaını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. X8 Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmə həmin qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsiə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə bu iddia tələbinin əsasına uyğun olaraq mülkiyyətçi qanunsuz sahibdən əşyanın geri qaytarılmasını tələb edə bilər. Bu halda, mülki qanunvericiliyin qeyd olunan hüquq normasının üç dizposizisiya şərti mövcud olmalıdır. Onalar aiddir: a) iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır; b) cavabdeh əşyanın sahibi olmalıdır. c) cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Qeyd olunan hüquq normasının üç dispozisiya şərti var və iddia tələbi irəli sürülərkən hər üç şərt mövcud olmalı və ayrı-ayrılıqda yoxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, mübahisə preemeti olan yaşayış sahəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsus olmaqla, xx.xx.2019-cu il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evini zəbt etdiyini, orada özbaşına tikililər tikdiyini, tikinti materialları yerləşdirdiyini əsas gətiərərk, cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması, cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin sökelməsi, torpaq sahəsinin tikinti materiallarından boşaldılması, torpaq sahəsinin və fərdi yaşayış evinin çıxarışda olan vəziyyətinə gətirilməsi, bununla bağlı xərclərini cavabdehin özünün çəkməsini, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, 15000 manat məbləğində pul vəsaitinin tutulması tələbini rəli sürərərk, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə iddia tələbinin cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmçinin, məhkəmə iclasında cavabdehin veridyi izahatı əsasında müəyyən edilmişdir ki, cavabdeh hazırda həmin yaşayış sahəsində yaşayır və onun həmin yaşayış sahəsindən istifadə etmək hüququnun olmasına dair heç bir müqavilə, razılaşma, sənədi yoxdur. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflər arasında mübahisə predmeti olan yaşayış sahəsinndən cavabdeh tərəfindən istifadə olunmasına dair hər hansı razılaşmanın, notarial qaydada təsdiq olunmuş müqavilənin olması halı, bununla da cavabdehin mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək hüququnun olması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçının çıxış etməsi, cavabdehin həmin yaşayış sahəsində yaşaması halını, habelə həmin yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olması halnın aşkar olmasını, iddiaçının isə özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb etmək hüququna malik olması halını əsas götürərək, hesab edir ki, iddia tələbi cavabdehin mübahisə predmeti olan yaşayış sahəsindən çıxarılması hissəsində əsaslı olmaqla, bu hissədə iddia tələbi təmin edilməlidiir. Məhkəmə iddia tələbinin, cavabdeh tərəfindən tikilmiş özabşına tikilinin cavabdeh tərəfindən sökülməsi, tikinti materiallarının boşaldılması, evin əvvəlki vəziyyəti qaytarılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamnaı iddiaçı ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili tikildiyini, həmin tikilinin cavabdeh tərəfindən sökülməsini, tikinti materiallarının boşaldılmaısnı, evin əvvəlki vəziyyətə qaytarılmaısnı tələb etsə də, qeyd olunan hallara, habelə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus torpaq sahəsində məhz cavabdeh tərəfindən özabaşına hər hansı tikilinin tikilməsi, həmin sahədə cavabdeh tərəfindən tikinti materiallarının yerləşdirilməsi, cavabdeh tərəfindən torpaq sahəsinin və yaşayış evinin həmin torpaq sahəsi və evə dair müvafiq sənəddə qeyd olunan vəziyyətindən fərqli vəziyyətə gətirilməsi halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab eidr ki, iddia tələbi qeyd olunan hissədə əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericiliyin təhlilindən görünür ki, hər hansı tikilinin qanunsuz tikili kimi qiymətləndirilməsi üçün həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olmalıdır. Həmçinin, müvafiq qanunvericilikdə hər hansı tikintinin sökülməsinə əsas olan hallar birbaşa və dəqiq qeyd olunmuşdur. Göründüyü kimi, yalnız bu hallarda qanunvericiliyə müvafiq olaraq hər hansı tikili qanunsuz tikili hesab edilməklə, sökülə bilər. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi hisssəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan vurulması halını əsas gətirərək, ona vurulmuş maddi ziyanın ödənilməsi tələbini irəli sürsə də, iddia tələbinin əsas kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mddi ziyanın vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaəqənin olması, habelə həmin maddi ziyanın vurulmasında cavabdehin təqsirli olmaısna dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, iddiaçıya cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi ziyanın vurulması halının aşkar edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, bu hissədə də təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X8 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X8 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdeh tərəfindən ona mənəvi zərər vurulduğunu bildrisə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyriəmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hazırki mülki iş üzrə iddianın təmin edilmiş hissəsi qiymət qpyulmayan tələbə aid olduğundan, müvafiq qanunvericiliyin tələbinə əsaəsn həmin tələb üzrə ödənilməli olan dövlət rüsumunun məbləğinin 10 manat təşkil etdiyini əsas götürərək, mülki prosessual qnaunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 20 manat məbləğində olan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X8 Məhkəməsi "X2rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 20 manat məbləğində olan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin, qalan 20 manat məbləğində olan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver