Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-459/2021 11.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İHakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1943-cü il tarixdə Bakı şəhərində doğulmuş həyat yoldaşı X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X8 onun həyat yoldaşı olmaqla xx xxxxxx 1943-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Daşdiyeva Tamara qaraciyər və böyrək xəstəliyindən əziyyət çəkmiş, ev şəraitində müalicə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhhəti pisləşmiş və vəfat etmişdir. Həyat yoldaşını el adəti ilə Güzdək qəsəbə qəbirstanlığında dəfn etmişlər. Lakin poliklinikada qeydiyyatda olmadığından həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Sonradan poliklinikaya müraciət etsə də, ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. X8 qaraciyər və böyrək xəstəliyindən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Ərizəçi Vüqar oğlu ifadə verərək bildirdi ki, o, ərizəçinin oğludur. X2 qaraciyər və böyrək xəstəliyindən əziyyət çəkirdi. xx xxxxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 667 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmamışdır. İş materiallarında olan X6 məxsus AZE No 02984230 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx xxxxxx 1943-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 mənzil 26 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1945-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İİİ-JQ seriyalı, 465183 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.1969-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Daşdiyeva” soyadı verilmişdir. İş materiallarında olan Güzdək bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 75 saylı arayışdan görünür ki, xx.xx.1943-cdü il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixində vəfat etmiş və Güzdək qəsəbə bələdiyyəsinin ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş 1019 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində ünvan 2 ünvanına X4 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1943-cü il təvəllüdlü X5 xx xxxxxx 2020-ci il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı xx xxxxxx 1943-cü il tarixdə Bakı şəhərində anadan olmuş həyat yoldaşı X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-459/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-459/2021
11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver