Məhkəmə qərarları › İş №2(002)-4752/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4752/2025

23.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4752/2025 23.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdeh «X1 Kombinatı» MMC-yə qarşı «xüsusi şərtlərlə təqaüdə çıxarılma» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «X1 Kombinatı» MMC-yə qarşı «xüsusi şərtlərlə təqaüdə çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi şərtlərlə təqaüd alması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı ona xüsusi şərtlərlə təqaüd verilməsini xahiş edir. Vurğulanmalıdır ki, qeyd edilən tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Çünki, şəxs ona xüsusi şərtlərlə təqaüdə çıxmaqla bağlı iddia ərizəsi ilə məhkəməyə deyil, aidiyyəti orqana müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, hazırki tələbə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, o, xüsusi şərtlərlə təqaüdə təyin edilməsi üçün aidiyyəti orqana müraciət etməli, müraciəti təmin edilməyəcəyi təqdirdə inzibati məhkəməyə iddia ərizəsi təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh «X1 Kombinatı» MMC-yə qarşı «xüsusi şərtlərlə təqaüdə çıxarılma» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar