Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4763/2025 19.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 27 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X7rşı “qeydiyyat vəsiqəsi, alğı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 27 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin, həmin mənzilə dair Bakı şəhəri 27 saylı Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 23 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına verilmiş xx.xx.2025-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1 cavabdehlər X1, X3, X8, İddiaçı, X5, X6, X2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(002)-2203/2025 saylı mülki iş vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026 cı il tarixli, e-2(002)-2203/2025 nömrəli qərardadı ilə mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-4763/2025 saylı mülki iş üzrə yekun qərar qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsininxx.xx.2026-cı il tarixli, 2(3-6)-506/2026 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026 cı il tarixli, e-2(002)-2203/2025 nömrəli qərardadından iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026 cı il tarixli, e-2(002)-2203/2025 nömrəli qərardadı ləğv edilərək, sobrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin qərardadda göstərilənlər nəzərə alınaraq məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin məsələ ilə bağlı gəldiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən həmin məhkəmənin icraatında olan işlərin bir-biri ilə əlaqəli olub olmaması, ədalət mühakiməsinin həyata keçirilməsi üçün həmin işlərin bir icraatda birləşdirilməsinin mümkünlüyü məsələsi nəzərdən keçirilməmiş, bununla bağlı tərəflərlə müzakirə aparılmamış, tərəflər arasında mövcud olan mübahisənin daha tez və birdəfəlik araşdırılması baxımından hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil izahat verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-4763/2025 saylı mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-2203/2025 saylı mülki işə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh2 isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-4763/2025 saylı mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-2203/2025 saylı mülki işə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər X1, X3, X8, İddiaçı, X5, X6, X2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(002)-2203/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmaldır. Bu məqdlə iş (işlər) bir biri ilə əlaqəli işlərdən birinin ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məhkəmənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəcxslərin vəsatəti , həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə hesab edir ki, hazırki mülki iş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan digər e-2(002)-2203/2025 saylı mülki iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və tərəflər arasında mövcud olan mübahisənin daha tez və birdəfəlik araşdırılması baxımından həmin işlərə birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1 cavabdehlər X1, X3, X8, İddiaçı, X5, X6, X2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(002)-2203/2025 saylı mülki iş ilkin olaraq məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 27 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X7rşı “qeydiyyat vəsiqəsi, alğı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər X1, X3, X8, İddiaçı, X5, X6, X2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(002)-2203/2025 saylı mülki işlə birləşdirilməli və həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 27 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X7rşı “qeydiyyat vəsiqəsi, alğı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(002)-4763/2025 saylı mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1, X3, X8, İddiaçı, X5, X6, X2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(002)-2203/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Bu qərardaddan şikayət verilə bilməz, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4763/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4763/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver