Məhkəmə qərarları › İş №2(002)-563/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-563/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-563/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1957-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş anası Əliyeva Gülcöhrə Əlisahib qızının xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, anası Əliyeva Gülcöhrə Əlisahib qızı xx.xx.1957-ci ildə Masallı rayonunda doğulmuşdur, onunla birlikdə iddia ərizəsində qeyd etdiyi ünvanda yaşamışdır. Anası şəkər və təzyiq xəstəsi olmaqla xx xxxxxx 2020-ci il tarixdə təcili yardım həkiminin yanında vəfat etmişdir. Anasını el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etsələr də, anası xəstəxanada qeydiyyatda olmadığından həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Əliyeva Gülcöhrə Əlisahib qızı xəstə olmaqla xx xxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim yanında vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır. Əliyeva Gülcöhrə Əlisahib qızı onun anası olmaqla xəstə olmuş və xx xxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim yanında vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 681 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Əliyeva Gülcöhrə Əlisahib qızı 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Əliyeva Gülcöhrə Əlisahib qızına məxsus AZE No 13498521 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Gülcöhrə Əlisahib qızı xx.xx.1957-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 41, 10 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 41, 10 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş 30 saylı arayışdan görünür ki, Əliyeva Gülcöhrə Əlisahib qızı xx.xx.2020-ci il tarixində Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X1 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müşayiət vərəqindən görünür ki, Əliyeva Gülcöhrə Əlisahib qızına ikitərəli pnevmaniya diaqnozu qoyulmuş, həkim yanında ölüm qeydə alınmışdır. İş materiallarında olan Xİ-JQ seriyalı, 256346 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuşdur. Ərizəçi anası Əliyeva Gülcöhrə Əlisahib qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx xxxxxx 1957-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş Əliyeva Gülcöhrə Əlisahib qızınun xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi anası xx xxxxxx 1957-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş Əliyeva Gülcöhrə Əlisahib qızının xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar