Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-577/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin cavabdeh İbrahimov Ceyhun Zahir oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İbrahimov Ceyhun Zahir oğluna qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46158 olan Samsung J2 markalı telefon və Paltaryuyan Samsung üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********56104 olan Samsung J2 markalı telefon üçün 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********13141 olan X4 7 markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 50(əlli) manat cərimə, ümumilikdə 1197 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1227 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-577/2021 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46158,**********56104 və **********13141 olan 2 ədəd Samsung J2 markalı telefon və X4 7 markalı telefon, Paltaryuyan Samsung və Samsung LED TV alımş və nəticədə 1197(min yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1242 (min iki yüz qırx iki) manat (18 ayx69manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********46158 olan Samsung J2markalı telefon və Paltaryuyan Samsung üçün ümumilikdə, 224 (iki yüz iyirmi dörd)manat olmaqla ondan, 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 (üçyüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********56104 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 165 (yüz altmış beş) manat olmaqla ondan, 150 (yüzəlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15 (on beş) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 649 (altı yüz qırx doqquz) manat (11 ayx59manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 258 (iki yüz əlli səkkiz) manat olmaqla ondan, 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə,23 (iyirmi üç) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixlimüqaviləsinə əsasən, alqı-satqı qiyməti 601 (altı yiiz bir) manat (12 ay x 50 manat+1 manat ilkin ödəniş) İMEİ kodu **********13141 olan X4 7 markalı telefon üçün ümumilikdə, 550 (beş yüz əlli) manat olmaqla ondan, 500 (beş yüz )manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat cərimə miqdarında borc yaranmışdır. Cavabehin cəmi ödədiyi məbləğ 1745 manat təşkil edir. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi X3 oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İbrahimov Ceyhun Zahir oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İbrahimov Ceyhun Zahir oğlu ilə «xxxx» MMC arasında xx.xx.2018-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh İbrahimov Ceyhun Zahir oğlu xxxx» MMC-dən alğı-satqı qiyməti 1242 (min iki yüz qırx iki) manat (18 ay x 69manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********46158 olan Samsung J2 markalı telefon və Paltaryuyan Samsung alınmışdır . İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür, xx.xx.2018-ci il müqaviləsinə müvafiq olaraq cavabdehin 204 manat borc məbləği, 20 manat dəbbə pulu olmaqla cəmi 224 manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1038 manat təşkil edir İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İbrahimov Ceyhun Zahir oğlu iddiaçıya alğı-satqı qiyməti 1242 (min iki yüz qırx iki) manat (18 ay x 69 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********46158 olan Samsung J2 markalı telefon və Paltaryuyan Samsung üçün 18 ay müddətinə hər ay 69 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İbrahimov Ceyhun Zahir oğlu (alıcı) ilə «xxxx» MMC (satıcı) arasında xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********56104 olan Samsung J2 markalı telefon almışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür, xx.xx.2019-ci il müqaviləsinə müvafiq olaraq cavabdehin 150 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 15 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 192 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İbrahimov Ceyhun Zahir oğlu iddiaçıya alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (18 ay x 19 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********56104 olan Samsung J2 markalı telefon üçün 18 ay müddətinə hər ay 19 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İbrahimov Ceyhun Zahir oğlu (alıcı) ilə «xxxx» MMC (satıcı) arasında xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, cavabdeh İbrahimov Ceyhun Zahir oğlu ( alıcı) xxxx» MMC –dən (satıcıdan) alqı-satqı qiyməti 649 (altı yüz qırx doqquz) manat (11 ayx59manat + 0 manat ilkin ödəniş) Samsung LED TV almışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür, xx.xx.2019-ci il müqaviləsinə müvafiq olaraq cavabdehin 235 manat ödənilməmiş borc, 23 manat dəbbə pulu olmaqla cəmi 258 manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 414 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İbrahimov Ceyhun Zahir oğlu iddiaçıya alqı-satqı qiyməti 649 manat olan Samsung LED TV üçün 11 ay müddətinə hər ay 59 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İbrahimov Ceyhun Zahir oğlu (alıcı) ilə «xxxx» MMC (satıcı) arasında xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən cavabdeh İbrahimov Ceyhun Zahir oğlu ( alıcı) xxxx» MMC –dən (satıcıdan), alqı-satqı qiyməti 601 (altı yiiz bir) manat (12 ay x 50 manat+1 manat ilkin ödəniş) İMEİ kodu **********13141 olan X4 7 markalı telefon almışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə cədvəlindən görünür, xx.xx.2019-ci il müqaviləsinə müvafiq olaraq cavabdehin 500 manat ödənilməmiş borc, 50 manat dəbbə pulu olmaqla cəmi 550 manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 101 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İbrahimov Ceyhun Zahir oğlu iddiaçıya alqı-satqı qiyməti 649 manat olan Samsung LED TV üçün 12 ay müddətinə hər ay 50 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktınlarına əsasən İbrahimov Ceyhun Zahir oğlu müqavilədə göstərilən malları qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxx» MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, cavabdeh İbrahimov Ceyhun Zahir oğlu iddiaçı «xxxx» MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyaları almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqavilələrə əsasən 1089 manat əsas borc, 108 manat cərimə olmaqla cəmi 1197 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla pul hesablanmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 204 (iki yüz dörd) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 150 (yüz əlli) manat əsas borc,, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 235 (iki yüz otuz beş) manat əsas borc, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 500 (beş yüz) manat əsas borc, 50(əlli) manat cərimə, ümumilikdə 1197 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1227 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 204 (iki yüz dörd) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 150 (yüz əlli) manat əsas borc,, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 235 (iki yüz otuz beş) manat əsas borc, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 500 (beş yüz) manat əsas borc, 50(əlli) manat cərimə, ümumilikdə 1197( bir min yüz doxsan yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1227 (bir min ikiyüz iyirmi yeddi) manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-577/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-577/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver