Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-643/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş X5nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X13 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmaqla onun oğludur. X5 onunla birlikdə iddia ərizəsində göstərilən ünvanda yaşayır. X13 ruhi xəstə olmaqla müddətsiz birinci qrup əlildir, mütəmadi olaraq müalicə olunmaqla kənar şəxslərin qulluğunu ehtiyacı vardır. Oğluna xüsusi qulluq olmaqla ona qəyyum təyin edilməlidir. Odur ki, X7 fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 izahat verərək bildirdi ki, ərizə ilə və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında XVİİİ-JQ seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həsənov Ziyadın atası X10, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 seriyalı 292951 saylı arayışdan görünür ki, X3 şəxslərin daimi qulluğuna ehtiyacı vardır, müddətsiz İ qrup əlildir. İş materiallarında olan AZ-İ No 132417 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixində 903 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan İİ-JQ seriyalı, 347643 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, X10 ilə X4 xx xxxxxxx 1980-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli, 201 saylı rəyindən görünür ki, X2 imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeddi aylıq anadan olması, yaşıdlarına nəzərən əqli inkişafdan geri qalması, körpəlik yaşlarından qıcolma tutmaları biruzə verməsi, nitqi zəif inkişaf etməsi, tək bir sözlərdən ibarət olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, Bakı şəhəri X12 müalicədə olması, hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla təyin edilmiş sakitləşdirici müalicəni qəbul etməsi, xəstəliyi ilə əlaqədar İ qerup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin tək-bir sözlərdən ibarət olması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki X13 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 onda müəyyən edilən kəskin imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-643/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-643/2021
01.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver