Məhkəmə qərarları › İş №2(002)-75/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-75/2021

01.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-75/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı»nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı»nin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı» Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 54-cü km-də kəmərdən 38 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı» iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın «İddiaçı istismarında olan Şirvan-Bakı Dş- 500 mm-lik yerüstü magistral neft kəmərinin 54-cü km-də kəmərdən 38 metr aralı məsafədə Qaradağ rayonu ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılması faktı aşkar olunmuşdur. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı»nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, kəmərin mühafizə zonasında aparılmış qanunsuz tikili kimi cavabdehə məxsus hasar olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı»nin nümayəndəsi X3 məhkəmə iclasında məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizənin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, “Neft Kəmərləri” X2 Bölümünün NBKXS-nin rəisi R. Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev hazırki aktı tərtib edirik ondan ötəri ki, xx.xx.2020-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın rəisi C.Hüseynsoy təqdim etdiyi Bildiriş №51 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Qaradağ İstehsalat Bölümünün istismarında olan Şirvan-Bakı Dş500 yerüstü neft kəmərinin 54-cü km-də kəmərdən 38 metr aralı məsafədə Qaradağ r.n Qobustan qəsəbəsi, massiv-4,ev 2 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus yeni tikinti işinin aparılması aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 51 saylı bildirişdən görünür ki, Qaradağ İstehsalat Bölümünün rəisi H.Q.Məmmədovaya Cavabdeh tikinti işlərinin dayandırılması barədə şifahi və yazılı xəbərdarlıq edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, SOCAR-ın «İddiaçı tərəfindən Cavabdeh tikinti işlərinin aparılmasının dayandırılması bildirilmiş, əks halda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıması nəzərinə çatdırılmışdır. İş materiallarına Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 54-cü km-də olan qanunsuz tikilinin sxemi və fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 102814 nömrəli ekspert rəyindən görünür ki, «SOCAR» «Neft Kəmərləri» X4 Bölümü tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktda və tərtib edilmiş sxemə əsasən ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikili ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balansında olan Şirvan-Bakı Dş-500 mm-lik neft kəməri arasında məsafə 38 metr təşkil edir, «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3 bəndinə əsasən Şirvan-Bakı Dş-500 mm-lik neft kəmərinin 54-cü kilometrliyində yerləşən ünvan 3 ünvanında Cavabdeh məxsus inşa edilmiş tikili həmin neft kəmərinin mühafizə zonasında yerləşir. Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat təşkil etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci iltarixlərində keçirilmiş məhkəmə iclaslarında iddia tələbinə etiraz etmiş, onlarin tərəfindən hasar tikilən zaman onlara heç bir xəbərdarlıq olunmadığını, xəbərdarlıq olunandan sonra hasarın tikintisini dayandırdıqlarını bildirmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən inşa edilən qanunsuz tikili-hasar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 102814 nömrəli ekspert rəyindən də göründüyü kimi Şirvan-Bakı Dş-500 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Bu səbəbdən iddia tələbi təmin edilməli, iddiaçının istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 54-cü km-də kəmərdən 38 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili (hasar)cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1-ci bənd). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2-ci bənd). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3-cü bənd). “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarına”əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri aparılması qadağandır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı»nin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 54-cü km-də kəmərdən 38 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili (hasar) Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalıdır. 102 (yüz iki) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) «İddiaçı»nin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 54-cü km-də kəmərdən 38 metr aralı məsafədə kəmərin mühafizə zonasında Qaradağ rayonu ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili (hasar) Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. 102 (yüz iki) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar