Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-765/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə X5 onun anası olmaqla, 17.04.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş, onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Anası xəstə olmaqla, 17.01.2021-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə həkim çağırılmış, lakin həkim gələnə kimi vəfat etmişdir. Nəşini el adəti ilə Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn etmiş, lakin həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, həmin vaxt başı dəfn və yas mərasiminə qarışdığı üçün bu barədə lazımi orqanlara müraciət etməmişdir. Hazırda anasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 17.04.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası X1 17.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, mərhumə X5 onun qonşusu olmuş, 17.01.2021-ci il tarixdə ağciyər xərçəngindən vəfat etmiş, nəşi Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, mərhumə X5 onun qonşusu olmuş, 17.01.2021-ci il tarixdə xəstəlikdən vəfat etmiş, nəşi Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Dəfn və yas mərasimlərində də iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 30 yanvar 2021-ci tarixli, 05/Q-130/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə X14 Şəxs Bakı Şəhər Baş Səhiyyə İdarəsi 19 Saylı Birləşmiş Şəhər X8 Şəxs tərəfindən verilmiş 773 saylı, 02 fevral 2021-ci il tarixli arayışdan görünür ki, mərhumə X5 xəstəxanada ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş 17.01.2021-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 17.04.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 üçün X16 çağırılmış, lakin 17.01.2021-ci il tarixdə saat 14.15 radələrində həkiməqədər ölüm (qadın cinsli meyit) aşkar olunmuşdur. İş materiallarında olan 02.02.2021-ci il tarixində X2, X10, X3 tərəfindən tərtib olunmuş aktdan görünür ki, İbrahimova Almaz Tələt qızı 17.01.2021-ci il tarixdə Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsi, ev 14, mənzil 23 ünvanında vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi 25 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 44 saylı, 26.01.2021-ci il tarixli arayışdan görünür k, Ərizəçi Tofiq qızı həqiqətən də ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 17.01.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 17.04.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 17.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-765/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-765/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver