Məhkəmə qərarları › İş №2(002)-791/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-791/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-791/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Adam oğlunun iştirakı ilə, Ərizəçi Adam oğlunun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Adam oğlu maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Adam oğlu ərizəsini onunla əsaslandırmışdır ki, X6 ərizəçinin atası olmaqla, 10.05.1953-cü ildə Salyan rayonu, Nəvahi kəndində anadan olmuşdur. 14.01.2021-ci ildə vəziyyəti ağır olduğuna görə Bakı şəhəri X8 çağırış etməklə həkim çağırmışdı. Həkim gələnə qədər artıq atası vəfat etmişdi. Bu barədə ərizəyə qonşular tərəfindən təsdiq edilmiş akt əlavə edilmişdir. Atası el adəti ilə dəfn etmişlər və yas mərasimini keçirmişlər. Ərizəçinin başı atasının dəfninə qarışdığına görə onun ölməsinə dair ölüm şəhadətnaməsini həmin vaxt almamışdır. Sonradan atasının ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin onlar ölüm şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda atasının ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 10.05.1953-cü ildə Salyan rayonu, Nəvahi kəndində doğulmuş atası X4 14.01.2021-ci ildə ölməsi faktinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Adam oğlu ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, X2 onun qonşusudur. 14.01.2021-ci il tarixdə vəfat etmiş, nəşi Ələt qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, X2 onun qonşusudur. 14.01.2021-ci il tarixdə vəfat etmiş, nəşi Ələt qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 754 saylı 23 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, 10 may 1953-cü il təvəllüdlü 14 yanvar 2021-ci il tarixində vəfat etmiş X6 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan Qaradağ rayonu Ələt Bələdiyyəsinin 12/48 saylı 25 yanvar 2021-ci il tarixli arayışından görünür ki, həqiqətən X6 14.01.2021-ci il tarixində vəfat etmişdir. X2 Ələt qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Salyan rayon Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsi tərəfindən tərtib olunmuş 086 saylı 25 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, 10 may 1953-cü il təvəllüdlü X6 həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik 187 saylı evdə vəfat etdiyi günədək qeydiyyatda olub. İş materiallarında olan 2021-ci ilin fevral ayında tərtib olunmuş aktdan görünür ki, həqiqətən X6 14.01.2021-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi Adam oğluna ünvanladığı 05 fevral 2021-ci tarixli, 05/Q-166/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 14.01.2021-ci il tarixdə vəfat etməsi iş materialları və şahidlərin ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10.05.1953-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 14.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar