Məhkəmə qərarları › İş №2(002)-849/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-849/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-849/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi və maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra-ciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 3050 manat, faiz borcuna görə 4134,18 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş 089141 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə əyyarı 585 olan 8,5 qram bir ədəd qızıl sepə, əyarı 583 olan 3,8 qram bir ədəd qızıl üzüyə, əyyarı 583 olan 2,2 qram bir ədəd qızıl üzüyə, əyarı 583 olan 2,4 qram bir ədəd qızıl üzüyə, 113914 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə əyyarı 750 olan 10,3 qram bir ədəd qızıl qolbağa, əyyarı 583 olan 3,6 qram bir ədəd qızıl üzüyə, 113915 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə əyyarı 750 olan 5,3 qram bir ədəd qızıl üzüyə, 113957 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə əyyarı 583 olan 10,6 qram bir ədəd qızıl üzüyə, 114066 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə əyyarı 583 olan 2,7 qram bir ədəd qızıl üzüyə, əyyarı 583 olan 4,0 qram bir ədəd qızıl üzüyə, əyyarı 583 olan 4,6 qram bir ədəd qızıl üzüyə, 089240 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə əyyarı 583 olan 7,0 qram bir ədəd qızıl üzüyə, əyyarı 583 olan 5,3 qram bir ədəd qızıl üzüyə, əyyarı 583 olan 6,2 qram bir ədəd qızıl üzüyə, əyyarı 583 olan 4,9 qram bir ədəd qızıl üzüyə, əyyarı 583 olan 13,7 qram bir ədəd qızıl saata yönəldilməsi, bu əmlakın hərracda satılması, Cavabdeh 5000 manat maddi ziyan tutularaq ona ödənilməsi, girov qoyulmuş əşyaların satışından əldə olunan pul cavabdehin kredit üzrə olan cəmi 7184,18 manat kredit müqaviləsi üzrə borcuna, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun və ona vurulmuş maddi ziyan kimi 5000 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borcludan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin ünvanına ərizə göndərərək, cavabdehlə məhkəmədən kənar razılıq əldə etdiyi üçün iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi və maddi ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver