Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-902/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi Maraqlı şəxs İKB ASC (Yelo Bank ASC)-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı X3» Məhdud Məsuliyyətli Cəmiyyəti və AR Ədliyyə Nazirliyi Qaradağ rayonu İcra Şöbəsinə və Maraqlı şəxs İKB ASC (Yelo Bank ASC)-yə qarşı qiymətləndirmənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı X3» Məhdud Məsuliyyətli Cəmiyyəti və AR Ədliyyə Nazirliyi Qaradağ rayonu İcra Şöbəsinə və Maraqlı şəxs İKB ASC (Yelo Bank ASC)-yə qarşı qiymətləndirmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli hərracın nəticələrinin ləğv edilməsi və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, ev 5, mənzil 57 saylı fərdi evlə bağlı yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında öz izahatında işin baxılmamış saxlanmasına etirazı olmadıqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiyindən, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı X3» Məhdud Məsuliyyətli Cəmiyyəti və AR Ədliyyə Nazirliyi Qaradağ rayonu İcra Şöbəsinə və Maraqlı şəxs İKB ASC (Yelo Bank ASC)-yə qarşı qiymətləndirmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı X3» Məhdud Məsuliyyətli Cəmiyyəti və AR Ədliyyə Nazirliyi Qaradağ rayonu İcra Şöbəsinə və Maraqlı şəxs İKB ASC (Yelo Bank ASC)-yə qarşı qiymətləndirmənin ləğv edilməsi dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-902/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-902/2021
15.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver