Məhkəmə qərarları › İş №2(002)-931/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-931/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-931/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1938-ci il tarixdə doğulmuş X4 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X10 onun mərhum X1nun atasıdır. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının sağlığında qaynX2 onlarla birlikdə yaşamışdır. X10 ürək xəstəsi olmaqla xx xxxx 2011-ci il tarixdə vəfat etmişdir. X7 el adəti ilə Sənqəçal qəsəbə qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan poliklinikaya müraciət etmiş, lakin mərhumun orada qeydiyyatı olmadığından ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək və kommunal ödənişlərdə nəzərə almaq üçün lazımdır. Mərhum onun ailəsi ilə birgə yaşadığından və əri vəfat etdiyindən ərizəni özü tərtib etmişdir, mərhumun digər övladları ilə hər hansı mübahisələri yoxdur. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, o, ərizəçinin uzun müddətdir ki, qonşusudur. Uşaqlıqdan həmin qəsəbədə yaşayır. X10 ürək xəstəsi olmaqla vəziyyəti xx xxxx 2011-ci il tarixdə ağırlaşdı və ürək çatışmazlığından vəfat etdi, vəfat etdiyi vaxt orada olmuş və dəfndə iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, mərhum X4 qızıdır. X2 ürək xəstəsi olmaqla vəziyyəti xx xxxx 2011-ci il tarixdə ağırlaşdı və ürək çatışmazlığından vəfat etdi. Mərhumun övladları ilə ərizəçi arasında hər hansı mübahisə yoxdur. Mərhum atası ərizəçi ilə birgə yaşadığına görə ölüm haqqında sənədi almaq ərizəçi özü müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 784 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X10 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmamışdır və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-İ seriyalı, 125215 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 xx.xx.2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Xələfova” soyadı verilmişdir. İş materiallarında olan V-JQ seriyalı, 457622 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1978-ci il tarixdə Qaradağ rayonunda anadan olmuşdur. Xələfov Niyaməddinin X2dur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Səngəçal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 02/08 saylı arayışdan və fotoşəkillərdən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X10 xx xxxx 2011-ci il tarixində Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 844838 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 859 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 6888 saylı arayışdan görnür ki, Xələfova X9 qəsəbəsi, hərbi şəhərcik, Füzuli küçəsi, ev 14-də yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sanqaçal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 266 saylı, xx.xx.2021-ci tarixli arayışdan görünür ki, Sanqaçal qəsəbəsi, Hərbi şəhərcik, Füzuli küçəsi 14-də mərhum qaynX2 rəhmətə gedən günə qədər Ərizəçi ilə birlikdə yaşamışdır. İş materiallarında olan NZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, X10 hərbi xidmətdə olmuş, 1938-ci ildə Qaradağ rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin qaynatası xx.xx.1938-ci il təvəllüdlü X4 xx xxxx 2011-ci il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il tarixdə anadan olmuş X4 xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar