Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1019/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-ci il tarixdə Rusiya Federasiyası Tatavrıstan MR-da anadan olmuşdur.1993-ci il məlum hadisələr ilə bağlı məcburi köçkün düşməklə Bakı şəhərinə gəlmişdir.Hal-hazırda yuxarıda qeyd edilən ünvanda öz ailə üzvüləri ilə birlikdə yaşayır. Mərhum anası X7 xx.xx.1954-ci il tarixdə Rusiya Federasiyası Tatavrıstan Respublikasında anadan olmuşdur. Mərhum anası X7 xx.xx.2000-cü il tarixdə şəkər xəstəliyi ilə bağlı 66 yaşında evdə olaraq qəflətən vəfat etmişdir. Anası vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üzvləri lazımı qədər bilmədiyindən evə həkim gələnə kimi onun mərhum anası artıq vəfat etmişdir. Anası vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlığında dəfn ediblər. Hal-hazırda onun mərhum anasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada onlar ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşdülər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi xx xxxxxx 2020-ci il tarixdə zəng edib ona bildirmişdir ki, anası vəfat edib. Mərhum uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. X7 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum Sabunçu rayonu, Bakıxanov qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Mərhum anası X7 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, mərhum anası ilə birlikdə yaşamışdır. Mərhum anası uzun müddət təztiq xəstəliyindən əziyyət çəkmişdir. Mərhum Sabunçu rayonu, Bakıxanov qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X4. İş materiallarında olan Təcili və X5 Stansiyasının (TTTYS) tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 həmin tarixdə həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X3 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.8). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi mərhum anası X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və digər sübutlarla tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar ərizəçiyə lazımdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum anası X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yatası yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. xx xxxx 1954-cü il təvəllüdlü X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1019/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1019/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver