Məhkəmə qərarları › İş №2(003)-1470/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1470/2021

04.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1470/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçinin vəkili Gülzar Hüseynovanın, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Qəyyumluqvə Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 31.10.1964-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş Süleymanova (Talıbova) Gülnarə Məhəmməd qızının, 25.03.1984-cü il təvəllüdlü X7 və 17.02.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onların üzərində qəyyum təyin edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 31.10.1964-cü il təvəllüdlü qızı Süleymanova (Talıbova) Gülnarə Məhəmməd qızı onun bacısıdır. X16 və Talıbova Nuranə Elbrus qızı adlı iki övladı var, ailəsi ilə birlikdə Bakı şəhəri Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 28, mənzil 9-da yaşayırlar. X18 2-eci qrup əlildir, oğlu İlkin Talıbov və qızı Nuranə Talıbova 1-ci qrup əlildirlər. O, onlarla birgə yaşayır, onların psixi qüsurları vardır. Özlərini sərbəst idarə edə bilmirlər. Onlara ancaq o, baxır. Onların xəstə olmasını bu barədə sənədlər, qohumlar və qonşular təsdiq edə bilərlər. Bundan başqa həkim Ekspert Komissiyasının rəyi əsasında Süleymanova (Talıbova) Giilnarə Məhəmməd qızı 2ci qrup əlil, X12 1-ci qrup əlil. X16 1-ci qrup əlildir. . Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25.03.1984-cü il təvəllüdlü X7 və 17.02.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X17 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Süleymanova (Talıbova) Gülnarə Məhəmməd qızı 31.10.1964-cü ildə Bakı şəhərində anadan olmuş, atası X1, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, atası X1, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17.02.1989-cu ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25.03.1984-cü ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X2r. İş materiallarında olan ƏƏSMN-nın TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında məlumatdan görünür ki, X16 birinci dərəcə əlil olmaqla kənar şəxsin köməyinə ehtiyacı vardır. İş materiallarında olan ƏƏSMN-nın TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında məlumatdan görünür ki, X12 birinci dərəcə əlil olmaqla kənar şəxsin köməyinə ehtiyacı vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Talıbova GülnarəMəhəmməd qızı 12.03.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsin 08.04.2021-ci il tarixli 743 saylı rəyindən görünür ki, X10 orta dərəcəli əqli gerilik qeyd olunur, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X15 Hüquqi Şəxsin 08.04.2021-ci il tarixli 744 saylı rəyindən görünür ki, X5 orta dərəcəli əqli gerilik qeyd olunur, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, 25.03.1984-cü il təvəllüdlü X16 və 17.02.1989-cu il təvəllüdlü X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, 25.03.1984-cü il təvəllüdlü X16 və 17.02.1989-cu il təvəllüdlü X12 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək 25.03.1984-cü il təvəllüdlü X16 və 17.02.1989-cu il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25.03.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X16 və 17.02.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar