Məhkəmə qərarları › İş №2(003)-152/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-152/2021

15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-152/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3669,70 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3699,70 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 12.09.2018-ci il tarixində AKX-0026255/09-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X4 2epartamenti tərəfindən **********01140 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin izərində isə SMART G-4 İTRON DİAFRAQMA markalı 1802AZ**********92 öömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan stifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) ələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan cüçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti izərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbil qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 092480 nömrəli 23.02.2016-cı il tarixli akt əsasında 298.80 manat, ******* nömrəli 19.10.2016-cı il tarixli akt əsasında 124.20 manat, ******* nömrəli 28.11.2016-cı il tarixli akt əsasında 280.80 manat, ******* nömrəli 19.12.2016-cı il tarixli akt əsasında 168.40 manat, ******* nömrəli 17.01.2017-ci il tarixli akt əsasında 275 manat, ******* nömrəli 08.02.2017-ci il tarixli akt əsasında 208.40 manat, ******* nömrəli 09.03.2017-ci il tarixli akt əsasında 275 manat, ******* nömrəli 11.04.2017-ci il tarixli akt əsasında 313 manat, ******* nömrəli 26.01.2018-ci il tarixli akt əsasında 1018.20 manat, ******* nömrəli 14.03.2018-ci il tarixli akt əsasında 352.30 manat, ******* nömrəli 31.05.2018-ci il tarixli akt əsasında, 67 manat, 00156422 nömrəli 24.04.2018-ci il tarixli akt əsasında 388.60 manat, cəmi 4069.70 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur Cavabdeh yuxarıda göstərilən aktlar üzrə borc məbləğindən 12.09.2018-ci il tarixdə “İddiaçı İB”-yə 400 manat borc ödəmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 3339.70 manat təşkil etməkdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə müxtəlif vaxtlarda aktlar tərtib olunmuşdur. Həmin aktlardan yalnız 2016-cı ilin fevral, 2018-ci ilin yanvar aylarında tərtib edilmiş aktları qəbul edir. Belə ki, həmin dövrdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Digər aktlar isə İddiaçı İB tərəfindən qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, aktlar tərtib edilməsində iştirakı təmin edilməmiş, aktların bir nüsxəsi qanunvericiliyin tələblərinə uyğun olaraq ona təqdim edilməmiş, formal olaraq guya onun imza etməkdən imtina etməsi qeyd edilmişdir. Eyni zamanda aktlara əlavə edilmiş fotoşəkillər də, özünün də qəbul etdiyi kimi təbii qazdan qanunsuz istifadə edilən dövrdə çəkilmiş şəkillərdi ki, bütün aktlara da eyni səkillər əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 12.09.2018-ci il tarixli AKX-0026255/09- 2018 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan 092480 nömrəli 23.02.2016-cı il tarixli akt, ******* nömrəli 19.10.2016-cı il tarixli akt, ******* nömrəli 28.11.2016-cı il tarixli akt, ******* nömrəli 19.12.2016-cı il tarixli akt, ******* nömrəli 17.01.2017-ci il tarixli akt, ******* nömrəli 08.02.2017-ci il tarixli akt, ******* nömrəli 09.03.2017-ci il tarixli akt, ******* nömrəli 11.04.2017-ci il tarixli akt, ******* nömrəli 26.01.2018-ci il tarixli akt, ******* nömrəli 14.03.2018-ci il tarixli akt, ******* nömrəli 31.05.2018-ci il tarixli akt, 00156422 nömrəli 24.04.2018-ci il tarixli aktların surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən sayğaca müdaxilə edildiyindən 092480 nömrəli 23.02.2016-cı il tarixli akt,, ******* nömrəli 19.10.2016-cı il tarixli akt, ******* nömrəli 28.11.2016-cı il tarixli akt, ******* nömrəli 19.12.2016-cı il tarixli akt, ******* nömrəli 17.01.2017-ci il tarixli akt, ******* nömrəli 08.02.2017-ci il tarixli akt, ******* nömrəli 09.03.2017-ci il tarixli akt, ******* nömrəli 11.04.2017-ci il tarixli akt, ******* nömrəli 26.01.2018-ci il tarixli akt, ******* nömrəli 14.03.2018-ci il tarixli akt, ******* nömrəli 31.05.2018-ci il tarixli akt, 00156422 nömrəli 24.04.2018-ci il tarixli aktlar əsasında 4069,70 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfin 092480 nömrəli 23.02.2016-cı il tarixli aktla 2988 m3 istehlak olunmuş qaza görə 298,80 manat, 26.01.2018-ci il tarixli ******* saylı aktla 5091 m3 istehlak olunmuş qaza görə 509,10 manat ümumilikdə 807,90 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən aktlar istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, 807,90 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 807,90 borcu və 15 manat məbləğində dövlət rüsumu, cəmi 822,90 (səkkiz yüz iyirimi iki manat 90 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar