Məhkəmə qərarları › İş №2(003)-155/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-155/2021

22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-155/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafyev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istiafadə hüququnun itirilməsi, torpaq və yaşayış sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirlməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evindən və istifadə hüququ ilə mənə məxsus olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 1 otaqlı yaşayış evinin və hazırda inşa olunan yarımtikili yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evi 2 mərtəbəli olmaqla 122.1 kv.m. sahəyə malikdir. Evin 81.6 kv.m. hissəsi onun, 40.5 kv.m. hissəsi cavabdeh X1 mülkiyyətindədir. Fərdi yaşayış evinin 0.01094 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsi dövlət mülkiyyətində olsa da, torpaq üzərində istifadə hüququna malikdir. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evində heç bir hüquqa malik deyillər, onların evə dair heç bir yaşayış, istifadə və ya digər hüquqları yoxdur. Yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pasport qeydiyyatına düşüblər. Cavabdeh4 və Cavabdeh5 isə evdə heç bir qeydiyyatları yoxdur. Zivər Cavabdeh1 hazırki, Zərnişan isə əvvəlki arvadıdır. Cavabdeh1 əvvəlki arvadından ayrılandan sonra anası mülkiyyətində olmuş hazırki evdə ona müvəqqəti yaşamq üçün icazə verdi, evdə müvəqqəti yaşayn Nüsrət, özünə başqa ev alıb köçməli idi, lakin, o, bu icazədən sui-istifadə edərək evdən çıxmadı, anası onun evdən çıxmasını tələb edəndən sonra o, digər mülkiyyətçi Rasim Sətdarovun dair hissəsində müvəqqəti qalmaq adı ilə yaşamağa başladı. Bir müddət sonra isə oğlu Asimi, sonra qızı Ayseli gətirdi, daha sonra Zivəri, yaxınlarda isə Zərnişanı gətirdi. İndi də Aysel bəzi vaxtlarda qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rüstəm adlı şəxsi gətrir (bir dəfə Rüstəmin anası bizim həyətdə dava saldı və evimizi yandıracağı ilə hədələmişdir). Uzun müddətdir ki, cavabdehlər ona, ailəsinə, evin digər mülkiyyətçisinə (Rasim Sətdarova) evində yaşamağa imkan vermirlər, onlar bizi hədələyirlər, Asim və Nüsrət evi yandıracaqlarını bildirilər, Zərnişan Asimə bizi bıçaqlamağı və balatalamağı təklif edir, Zivər üzdə görünmədən onları onalara qarşı qanunsuz hərəkətlərə sövq edir, Aysel hüçum çəkib evinin pəncərələrini sındırıb, Nüsrət evin qapısının çiftəsini sındırıb, ümumiyyətlə cavabdehlər həyatlarına təhlükə yaradırlar, onlar birgə yaşayış qaydalarını pozurlar, həyətyanı sahədən və mülkiyyətimdən istifadə etməyə ona imkan vermirlər, onun mülkiyyət və istifadə hüququ pozulur. Bu azmış kimi, cavabdehlər həyətdə özbaşna tikinti işi aparıb özlərinə bir otaqlı yaşayış evi inşa etdirdilər, indi də 2 mərtəbəli ev inşa etdirilər. Bu hərəkətlər qanunsuzdur, inşa etdirdikləri yaşayış sahəsi isə özbaşna tikintidir. Beləliklə, cavabdehlər ümumi mülkiyyətdə olan əmlaklarını zəbt ediblər, onlar mülkiyyətlərindən və həyətyanı torpaq sahəsindən özbaşna, qanunsuz olaraq ona ziyan vuran şəkildə istifadə edirlər, onu təhdid edib, qorxudub mülkiyyətimdən istifadə etməyə imkan vermirlər, torpaqdan istifadə hüququnu pozurlar, məhdudlaşdırılar. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddia tələbinin həcmini Cavabdeh2 münasibətdə azaldaraq digər cavabdehlərə münasibətdə saxlamış, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirlməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evindən və istifadə hüququ ilə ona məxsus olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 1 otaqlı yaşayış evinin və hazırda inşa olunan yarımtikili yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən Cavabdeh5 adını iddia ərizəsində səhv qeyd etdiyi onun əsl adının “Zəroşə” kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o həmin evə 2009cu ildə pasport qeydiyyatına düşmüşdür. Həmin ev onun nənəsinin mülkiyyətində olmuşdur. Onlar həmin evdə yaşaymışdırlar. Sonradan özlərinə həmin torpaq sahəsində 2020-ci ildə bir otaqlı ev tikmişdirlər. Nənəsi sagikən həmin evi qızına vermiş və həmin evə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Onlar əvvəllər Xəzər rayonu Şimal Qress adlanan ərazidə evləri olmuşdur, sonradan o evi sataraq, hazırkı evə köçmüşdürlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda yaşadıqları ev onun anasının adına olmuşdur. Anası sağikən həmn evi bacısı İddiaçı vermişdir və sonuncunun mülkiyyət hüququ qeydə alınmışdır. Onun valideynləri sağ olarkən Xəzər rayonu Şimal Qress adlanan ərazidə evləri olmuşdur. O həmin evdə yaşamış, sonradan həmin evi satmışdır. Hazırkı mübahisəli evə köçmüşdür. Sonradan özlərinə həmin torpaq sahəsində 2020-ci ildə bir otaqlı ev tikmişdirlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh4 və X4 hər biri ayrı-ayrılıqda iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi X5 və İddiaçı paylı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 055-14671-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2011-ci il və xx.xx.1989-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2009-cu il tarixdə Xəzər RPİ-nin ŞVŞ-si tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsi, 8 mart küçəsi 4 ünvanına qeydiyyata alınmışlar. İş materiallarında olan daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122,1 m2 , yaşayış sahəsi 74,3 m2, yardımçı sahəsi 47,80 m2, olan beş otaqlı paylı mülkiyyət üzrə ona məxsus olan hissəsini (birinci mərtəbədə 20,7 m2, 19,5 m2, 2-ci mərtəbədə 23,4 m2, 16,0 m2) İddiaçı bağışlamışdır. İş materiallarında olan Masallı RPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE 13515658 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 yaşayış yeri üzrə pasport qeydiyyatı Masallı rayonunun İsi kəndidir. İş materiallarında olan Cəlilabad RPİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE 15653796 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 yaşayış yeri üzrə pasport qeydiyyatı Cəlilabad rayonunun Şabanlı kəndidir. Göründüyü kimi iddiaçının tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirlməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evindən və istifadə hüququ ilə ona məxsus olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 1 otaqlı yaşayış evinin və hazırda inşa olunan yarımtikili yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 hesabına sökülməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xəzər rayonu Buzovna qəsəbəsi, 8 mart küçəsi 4 ünvanına Cavabdeh1 xx.xx.2005-ci il tarixdə, Cavabdeh3 isə xx.xx.2009-cu il tarixdə qeydiyyata düşmüşlər, iş üzrə digər cavabdehlər Cavabdeh4 və X2 Xəzər rayonu Buzovna qəsəbəsi, 8 mart küçəsi 4 ünvanına hər hansı hüquqları yoxdur. Həmçinin tərəflərin məhkəmə iclasında vermiş olduğu ifadələrindən və məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, həmin ünvanda cavabdehlər tərəfindən inşa edilən tikili özbaşına tikilidir. Məhkəm ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müraciət etmək hüququna hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2 maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki işin materiallarında göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə İddiaçı və X1 mülkiyyətindədir. Hazırkı təlblə iddiaçı məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikasının Konsitusiyasının 13,29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 231.2 və 231.6-cı maddəsində təsbit edilmiş müddəalarına uyğun olaraq mülkiyyət hüquqlarından istifadə etməkdə haqlı olmuşdur. İddiaçının tələbinin Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirlməsi hissəsinə münasibətdə məhkəmə qeyd edi ki, mülki işin materiallarında olan arayışdan görünür ki, qeyd edilən ünvana Cavabdeh1 xx.xx.2005-ci il tarixdə, Cavabdeh3 isə xx.xx.2009-cu il tarixdə qeydiyyata düşmüşlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (qüvvədən düşmüş, xx xxxx 1982-ci il redaksiyalı) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında, həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Lakin mülki işin materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüququna mülkiyyətçinin razılığının mövcudluğu aşkar edilməmişdir. İddiaçının iddia tələbinin cavabdehlər Cavabdeh4 və X3 münasibətdə məhkəmə qeyd edir ki, məhəkəmə araşdırması zamanı Cavabdeh4 Cəlilabad rayonunun Şabanlı kəndində, X2 Masallı rayonunun İsi kəndində qeydiyyatda olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquları qanunla qorunur. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4 və X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüquqularının olmaması və onların qeyd edilən ünvanda yaşamaları iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi cavabdehlər Cavabdeh4 və X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evin də və torpaq sahəsindən çıxarılması hissəsində əsaslıdır. İddiaçının iddia tələbinin həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 1 otaqlı yaşayış evinin və hazırda inşa olunan yarımtikili yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 hesabına sökülməsi hissəsinə münasibət məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşna tkinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin torpaq sahəsində tikilinin mövcudluğu işin mübahisəsiz halıdr. Lakin həmin tikilinin qanunvericiliklə müəyyən edilmiş icazə əsasında tikilməsinə dair müvafiq sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin torpaq sahəsində mövcud olan tikili özbaşıəna tilildir və həmin tikili cavabdehlərrin hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüquqları itirlmiş hesab edilməli, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X2 ümumi mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evindən və istifadə hüququ ilə ona məxsus olan torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 1 otaqlı yaşayış evinin və inşa olunan yarımtikili yaşayış sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 hesabına sökülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinə istifadə hüquqları itirlmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X4 ümumi mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evindən və istifadə hüququ ilə İddiaçı məxsus olan torpaq sahəsindən çıxarılsınlar. Bakı şəhəri, Xəzər rayonu, Buzovan qəsəbəsi, 8 mart küçəsi 4 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş 1 otaqlı yaşayış evinin və inşa olunan yarımtikili cavabdehlər Cavabdeh1, Cavabdeh3 hesabına söküsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar