Məhkəmə qərarları › İş №2(003)-1908/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1908/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1908/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı təhsil haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təhsil haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun təhsil alması ilə əlaqədar ali təhsil müəssisəsini bitirənədək, hər ay 400 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2003-cü il tarixdə mən İddiaçı anadan olmuşam. Anamla atam arasındakı nikah ləğv edilmiş və atam, Cavabdeh mənim yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay alimnet ödəmişdir. Mənim 18 yaşım tamam olduğundan, mənə aid hissədə alimnetin verilməsi dayandırılmışdır. Lakin mən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində, əyani şöbəsində 1-ci kurs tələbəsiyəm. Əyani şöbədə ali təhsil almağımla əlaqədar heç yerdə işləyə bilmirəm. Özüm təkbaşına öz maddi ehtiyaclarımı ödəmək iqtidarında deyiləm. Cavabdeh, atam Cavabdeh rəsmi iş yeri olduğundan və aylıq qazancı kifayət qədər olduğundan, mənə təhsil aldığım müddətdə əlavə xərc olaraq hər ay sabit pul məbləğində 400 manat ödəmək iqtidarındadır. Lakin, cavabdeh məhkəmədən kənar qaydad mənim təhsil xərclərimi və digər xərcləri ödəmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdeh iddia tələbini etiraf edərək, onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarından görünür ki, İddiaçı BDU tərəfindən 0001/AT00098428 saylı Azərbaycan Təhsil Kartı verilmişdir. (qəbul 2020-bitirmə 2024) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı yetkinlik yaşına çatmışdır, əmək qabiliyyətlidir, lakin ali təhsil müəssisəsində təhsil aldığı üçün işləmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27.01.2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Hazırki iş üzrə cavabdeh iddia tələbini etiraf etməklə onun təmin olunmasına etiraz etmədiyini bildirdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə İddiaçı təhsil alması ilə əlaqədar ali təhsil müəssisəsini bitirənədək cavabdehdən hər ay 400 manat alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, təhsil alması ilə bağlı əlavə xərlərin tutulma müddətini araşdıraraq hesab edir kihəmin xərclər hər ay ödənilməli xərc olduğundan ona alimentin tutulma müddəti müddəaları şamil edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı tələblə 02.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, xərclərin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 02.04.2021-ci il tarixdən başlanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: 02.04.2021-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü İddiaçı ali təhsil müəssisəsini bitirənək təhsil aldığı müddətdə Cavabdeh hər ay 400 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar