Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1922/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.08.2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağının doğulması, anasının xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi və atasının 25.01.1964-cü il təvəllüdlü X3 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Ərizəçi ərizə ilə müraciət edərək, ərizəsini dəqiqləşdirmiş, 18 avqust 2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etmiş və onunla əsaslandırdı ki, o, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, ev 08, mənzil 06da qeydiyyatsız yaşayır və 09 avqust 1971-ci il tarixində Gürcüstanın Rustavi şəhərində anadan olmuşdur. 24 iyul 1991-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. 18 avqust 2001-ci il tarixdə Bakı şəhəri Buzovna qəsəbəsində ev şəraitində qız uşağı dünyaya gətirmişdir. Maddi imkanı olmadığına görə uşağın doğumu haqqında sənədlərini ala bilməmişdir. Uşağın doğumunun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etsə də, bununla bağlı imtina məktubu verilmişdir. Uşağın doğumunun qeydə alınması üçün tibbi sənəd f103 olmadığından, qeydiyyat şöbəsi doğum faktını qeydə ala bilməmişdir. Bu gün uşağının heç bir sənədi yoxdur və dövlət tərəfindən təklif edilən iş yerlərində çalışmağı üçün doğum faktının təsdiq olunması və şəxsiyyət vəsiqəsinin olmağı zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, 18 avqust 2001-ci il tarixdə Bakı şəhərində bir qız uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs, Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həm qohum, həm də qonşudur. Onun qızı ərizəçinin gəlinidir. Rəfilənin 4 oğlu, 1 qızı var: Rafiq, Vaqif, Rəfail, Miraslan və Aidə. Aidə 2001-ci ildə anadan olub. Onlar uzun illərdir rəfiqədirlər. 2001-ci ildə uşaq ev şəraitində dünyaya gələndə onun bundan xəbəri olmuş, üç gün sonra təbrikə getmişdir. Digər şahid, X5 məhkəməyə ifadə verərək bildirmişdir ki, ərizəçi onun anasıdır. Bacısı Aidə 2001-ci ildə dünyaya gəlib. Uşaq olanda onun on yaşı var idi. Anası ev şəraitində uşaq dünyaya gətirib. Atası gedib yaşlı qadın gətirib, həmin qadın doğuma köməklik edib. Digər şahid, X3 məhkəməyə ifadə verərək bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. O, ərizəçinin ərizəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, 24 iyul 1991-ci il tarixdə Lənkəran rayon Avrora qəsəbə soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə X3 ilə X2 arasında rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 37 nömrəli qeyd aparılmış, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri üzrə Təhsil İdarəsi Xəzər rayonu 26 saylı orta məktəb tərəfindən verilmiş 26.02.2021-ci il tarixli 52 saylı arayışdan görünür ki, X9 26 nömrəli tam orta məktəbin 9-cu sinfinə kimi təhsil almışdır. İş materiallarından görünür ki, 14 saylı BŞX-nın uşaq şöbəsində X8 adına yeniyetmələrin keçid epikrizi açılmışdır. İş materiallarına əlavə edilmiş X1 Reyestri Xidməti tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli məktubundan görünür ki, valideyni X3 və Ərizəçi olan 13.11.1991-ci il təvəllüdlü Miraslan Mirzəlinin doğumu 26.11.1991-ci ildə, 21.11.1992-ci il təvəllüdlü Raqif Mirzəlinin doğumu 04.12.1992-ci ildə, 15.01.1994-cü il təvəllüdlü Vaqif Mirzəlinin doğumu 04.02.1994-cü ildə Lənkəran rayonunun Avrora icra nümayəndəliyində, 30.10.2000-ci il təvəllüdlü Rafael Mirzəyevin doğumu isə 21.04.2021-ci ildə Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/15-298 №-li, 02 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş «X1 X7»nın 2.5-ci bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. «Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir». Ərizəçinin doğumun qeydə alınması barədə ərizəsinin icrasından imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 18 avqust 2001-ci il tarixdə qız uşağını Bakı şəhərində yaşadığı ünvanda dünyaya gətirmiş, lakin lazımi həkim sənədi olmadığından Bakı şəhəri Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «X1 X7»nın 2.1-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X3 ilə Ərizəçi birgə nikahdan 18 avqust 2001-ci il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: Ərizə təmin edilsin. X3 ilə Ərizəçi birgə nikahdan 18 avqust 2001-ci il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1922/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1922/2021
03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver