Məhkəmə qərarları › İş №2(003)-1962/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1962/2021

23.06.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında - Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1962/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13.11.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş vətəndaş X5 xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 13.11.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş vətəndaş X5 ölmüş elan edilməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı ərizəyə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş vətəndaş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəyə əlavə olunmuş AZE 07942033 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, 13.11.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş vətəndaş X7 ünvan 2 ünvanında qeydiyyatdadır. Ərizəyə əlavə olunmuş 363959 No-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, X7 iddiaçının övladıdır. Ərizəyə əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Poliş İdarəsinin 1-ci Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru Xəzər Yolçuyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05.12.2020-ci il tarixli Qərarında qeyd olunduğu kimi, ünvan 3 ünvanında yaşayan Ərizəçi Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda yaşayan, 13.11.1984-cü il təvəllüdlü oğlu X7 15.09.2014-cü il tarixdə yaşadığı evdən çıxmış və bir dahageri qayıtmamışdır. Araşdırma zamanı müəyyən olmuşdur ki, vətəndaş X7 itkin düşməmiş, 17.09.2014-cü il tarixdə Türkiyə Respublikasının ərazisindən keçərək Suriyaya getmiş, 2014-cü ilin dekabr ayında Suriya döyüşlərində vəfat etmişdir. Ərizəyə əlavə olunmuş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 08.10.2020ci il tarixli, 122 saylı məktubunda qeyd olunduğu kimi, vətəndaş X7 hazırda ünvan 5 ünvanında yaşamır. Ərizəyə əlavə olunmuş üç ədəd doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən göründüyü kimi, oğlum X4 08.05.2009-cu il tarixdə doğulmuş X12, 12.10.2010-cu il tarixdə doğulmuş X13 və 20.09.2013-cü il tarixdə doğulmuş X17 adlı üç övladı qalmışdır. Üç oğlan uşağının yaxın gələcəkdə bir əsgər kimi Azərbaycanın keşiyində durmaları üçün hazırda onları böyüdüb boya-başa çatdırmaq lazımdır. Uşaqların anaları və iddiaçı işsizdir. Pensiyası üç oğlan uşaqlarının saxlanılması üçün qətiyyən kifayət etmir. Uşaqların saxlanması üçün müavinat almaq məqsədi ilə ataları X5 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ərizəyə əlavə olunmuş maraqlı şəxs tərəfindən 03.02.2021-ci il tarixli, 05/15-81 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31.10.2003-cü il tarixli Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı haqqında Qaydasının 8.5-ci bəndinə uyğun olaraq, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölüm qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim sənədi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, mövcud münasibətlərin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Ərizəçinın nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Ərizəçi müdafiə edərək əlavə olaraq bildirmişdir ki, oğlu X7 İŞİD terror qruplaşmasına qosulmuşdur. X7 2014-cü il tarixdə sərhədi keçib Suriyaya getmişdir. O, ailəsi ilə gğrüntülü telefon əlaqəsi saxlyırdı. 2015-ci ilin iyun ayından onunla əlaqə kəsilmişdir. Şəhid olmasını xəbərini almışlar və yas mərasimi keçirmişlər. Fikrətin arvadı və uşaqları onun yanında qalır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülhizəsinə buraxdıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 izahatında bildirdi ki, ərizəçi onun bacısıdır, X7 onun bacısının oğludur. X7 İŞİD terror qruplaşmasına qosulmuşdur. X7 2014cü il tarixdə sərhədi keçib Suriyaya getmişdir. O, ailəsi ilə görüntülü telefon əlaqəsi saxlyırdı. 2015-ci ilin iyun ayından onunla əlaqə kəsilmişdir. Şəhid olmasını xəbərini almışlar və yas mərasimi keçirmişlər. Məhkəmədə şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. O, Fikrəti əvvəllər görmüşdür. 2014-cü ildən Fikrət Suriyaya getmişdir. 2015ci ilin iyun ayında Fikrətin ölüm xəbərini eşitmişdir. Fikrətin ailəsi yas mərasimi keçirmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür kimi, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş vətəndaş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 07942033 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür kimi, 13.11.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş vətəndaş X7 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 363959 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür kimi, X2, anası Ərizəçi olan X7 13.11.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Poliş İdarəsinin 1-ci Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru Xəzər Yolçuyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05.12.2020-ci il tarixli Qərarından görünür ki, ünvan 3 ünvanında yaşayan Ərizəçi Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda yaşayan, 13.11.1984-cü il təvəllüdlü oğlu X5 15.09.2014-cü il tarixdə yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, vətəndaş X7 itkin düşməmiş, 17.09.2014-cü il tarixdə Türkiyə Respublikasının ərazisindən keçərək Suriyaya getmiş, 2014-cü ilin dekabr ayında Suriya döyüşlərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 08.10.2020-ci il tarixli, 122 saylı məktubundan görünür ki, vətəndaş X7 hazırda ünvan 5 ünvanında yaşamır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 08.05.2009-cu il tarixdə doğulmuş X12, 12.10.2010-cu il tarixdə doğulmuş X13 və 20.09.2013-cü il tarixdə doğulmuş X11 atası oğlum X6r. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 03 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin oğlu X5 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 16.05.2021-ci il tarixli məktubdan görünür ki, X1 dəfə 17.09.2014-cü il tarixdə dövlət sərhədindən çıxaraq Gürcüstana getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.05.2021-ci il tarixli məktubundan görünür ki, X5 adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 Məsələləri Baş İdarəsinin 05.05.2021-ci il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(001)-10772/2018 saylı qətnaməsi ilə 13 noyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuş X5 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş əməliyyat və Statistik informasiya İdarəsinin 06.05.2021-ci il tarixli məktubundan görünür ki, 13.11.1984-cü il təvəllüdlü X5 cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasmda ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyətği aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi 13.11.1984-ci il təvəllüdlü X5 anasıdır. X7 17.09.2014-cü il tarixdən Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində çıxmışdır. 13.11.1984-ci il təvəllüdlü X5 yaşayış yerində onun harada olması barədə artıq 6 ildən çoxdur ki, məlumat yoxdur. Bundan başqa ölmüş elan edilməsi xahiş olunan şəxsin terror təşkilatlarının tərkibinə daxil olub silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etməsi müəyyən edilmişdir. 2015-ci ilin iyun ayından isə X4 hər hansı xəbər əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi oğlu X5 ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar ərizəçiyə lazımdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçinin oğlu X5 harada olması barədə altı ildən çox müddət ərzində məlumat olmadığından, 13.11.1984-ci il təvəllüdlü X5 ölmüş olmasını güman etməyə kifayət qədər əsas vardır. Belə ki, o terror təşkilatlarında iştirak edərək silahlı münaqişələrdə iştirak etmiş, 6 ildən artıq müddət keçməsinə baxmayaraq onun barəsində hər hansı məlumat əldə edilə bilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 213.11.1984-ci il təvəllüdlü X14 ölmüş elan edilməli, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 13.11.1984-ci il təvəllüdlü X5 ölüm günü sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. 13.11.1984-cü il təvəllüdlü X7 ölmüş hesab edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 13.11.1984-cü il təvəllüdlü X14 oğlunun ölüm günü sayılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar