Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1979/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə övladı 11.07.2005-ci il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin cavabdehin gəlirlərinin dördə bir (1/4) miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(007)-6451/2017 saylı qətnaməsi əsasında Cavabdeh oğlu 11.07.2005-ci il təvəllüdlü X1 üçün hər ay 137 manat ödənilməsi qət edilmişdir. Halhazırda övladlarımın saxlanılması cavabdehin ödənişi mənə kifayət etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçın iddia ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 614 manat əmək haqqı alır. Ondan əmək haqqının iddia tələbini qəbul edərək, ondan tutulan alimentin dəyişdirilərk, hər ay əmək haqqının 1/4 hissədə ondan aliment tutulmasına etiraz etmədiyini bildirdi. Lakin ondan əlavə xərc olaraq 60 manat pulun tutulması ilə razı deyil. Hazırda digər şəxslə rəsmi nikahdadır və həmin rəsmi nikahdan övladı var. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli 2(007)-6451/2017 nömrəli qətnaməsindən görünür ki, hazırkı mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.08.2009-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli 2(007)-6451/2017 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-286/2014 saylı, 17.01.2014-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.08.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşağın həddi bulluğa çatanadək saxlanılması üçün hər ay 103 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli 2(007)-6451/2017 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-286/2014 saylı, 17.01.2014-cü il tarixli qətnaməsi müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh 11.07.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20.10.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat məbləğində alimenti tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1164/2012 nömrəli 11.04.2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh X5 cərahiyyə əməliyyatı olunması üçün çəkilmiş əlavə xərclər və gələcək övladının xəstəliyi ilə əlaqədar müalicə kursunun davam etdirilməsi üçün isə hər ay əlavə olaraq 60 manat sabit pul məbləğində əlavə xərclər tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərədə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 346324 nömrəli 30.08.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 30.08.2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 104 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İV 475027 nömrəli 26.08.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20.08.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X3r. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahında doğulmuş olan X1 üçün Cavabdeh 103 manat alimentin tutulması qət edilmişdir. Sonradan alimentin məbləği artırılaraq sonuncudan 137 manat alimentin tutulması qət edilmişdir. Həmçinin məhkəmə müəyyən etdi ki, mülki iş üzrə Cavabdeh hazırda X6 ilə nikahdadır və onun həmin birgə nikahdan 20.08.2020-ci il tarixdə X4 doğulmuşdur. Hazırda iddiaçı məhkəmə qətanməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək, Cavabdeh əmək haqqının ¼ hissəsində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh alimentin onun əmək haqqının ¼ hissəsində tutulmasına etiraz etməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli 2(007)-6451/2017 nömrəli qətnaməsinə əsasən 11.07.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində uşağın saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək 11.07.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissə miqdarda aliment tutulub İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli 2(007)-6451/2017 nömrəli qətnaməsinə əsasən 11.07.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində uşağın saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 11.07.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda aliment tutulub İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1979/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1979/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver