Məhkəmə qərarları › İş №2(003)-2007/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2007/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2007/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, kreditor “xxxx” MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: “xxxx” MMC əmr icraatı qaydasında Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 512 manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinnin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəməyə verilən məhkəmə əmri haqqında ərizələr üçün dövlət rüsumu 20 manat nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kreditor tərəfindən borcludan qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu tələb olunmadığından və kreditorun bu tələbi mübahisə doğurduğundan məhkəmə əmrinin çıxarılmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: “xxxx” MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar