Məhkəmə qərarları › İş №2(003)-210/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-210/2020

04.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-210/2020 04.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5183 manat məbləğində borc, pozulmuş hüquqların bərpası ilə əlaqədar iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3724/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş yekunlaşanadək Xəzər rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(003)-3724/2019 saylı mülki işin icraatı dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2221/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılması zərurəti aradan qalxmışdır. İddiaçı etibarnamə əsasında nümayəndəsi X1 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edilərək mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən mülki iş baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar