Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2170/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.09.2018-ci il tarixli müqaviləyə əsasən 236 manat ödənilməmiş hissə, 23 manat cərimə pulun, 02.03.2019-cu il tarixli müqaviləyə əsasən 420 manat ödənilməmiş hissə, 42 manat cərimə borcu, 02.01.2021-ci il tarixli müqaviləyə əsasən 608,8 manat ödənilməmiş hissə, 60 manat cərimə borcu, ümumilikdə 1389,8 manat və 30 manat dövlət rüsumu alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə 11.09.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 960 manat olan “Samsung Galaxy A6” markalı telefon almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 724 manat ödəniş etmiş, sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 259 manat borcu yaranmışdır. 02.03.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1260 manat olan “Samsung Led” markalı televizor almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 840 manat ödəniş etmiş və sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 462 manat borcu yaranmışdır. 02.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 730,8 manat olan “Nokia 7.1” markalı telefon almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 122 manat ödəniş etmiş və sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 668,8 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildirişi göndərilmiş, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 11.09.2018-ci il tarixdə K00289486 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 960 manat olan “Samsung Galaxy A6” markalı telefon və telefon quraşdırma xidməti olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 40 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 02.03.2019-cu il tarixdə 00537890 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1260 manat olan “Samsung Galaxy A30s” markalı telefon, “Samsung Led” markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 70 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 02.01.2020-ci il tarixdə 20003156 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 730,8 manat olan “Nokia 7.1” markalı telefon, yeni qızıl zəmanət və telefon quraşdırma xidməti olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 60,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 11.09.2018-ci müqavilə üzrə ödənilməmiş 236 manat, 23 manat cərimə, 02.03.2019-cu il müqavilə üzrə ödənilməmiş 420 manat, 42 manat cərimə, 02.01.2020-ci il müqavilə üzrə ödənilməmiş 608,8 manat, 60 manat cərimə, ümumilikdə 1389,8 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və həmin müqavilə şərtlərinə uyğun olaraq onun ümumilikdə 1389,8 manat borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11.09.2018ci il tarixli K00289486 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 236 manat borc, 23 manat cərimə, 02.03.2019-cu il tarixli 00537890 saylı alqı-satqı müqaviləsinə əsasən 420 manat ödənilməmiş borc, 42 manat cərimə, 02.01.2020-ci il tarixdə 20003156 saylı alqısatqı müqaviləsinə əsasən 608,8 manat ödənilməmiş borc, 60 manat cərimə, ümumilikdə 1389,8 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11.09.2018-ci il tarixli K00289486 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 236 manat borc, 23 manat cərimə, 02.03.2019-cu il tarixli 00537890 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 420 manat borc, 42 manat cərimə, 02.01.2020-ci il tarixdə 20003156 saylı alqı-satqı müqaviləsinə əsasən 608,8 manat ödənilməmiş borc, 60 manat cərimə cəmi 1389,8 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2170/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2170/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver