Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2263/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət Publik Hüquqi şəxsinin doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət Publik Hüquqi şəxsi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət, edərək X2 19.08.2001-ci il tarixdə Qazax rayonunda doğulmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində tam dövlət təminatında olan vətəndaş X6 19.08.2001-ci ildə Qazax rayonu, Dəmirçilər kəndində anadan olmuşdur. Buna baxmayaraq X3 doğumu indiyə qədər qeydə alınmayıb və onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bakı şəhəri Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək, 19.08.2001-ci ildə Qazax rayonu, Dəmirçilər kəndində anadan olması ilə bağlı akt qeydinin tərtib edilərək doğum haqqında şəhadatnamənin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Maraqlı şəxs1 müraciətini təmin etməkdən imtina etmişdir. Buna görə də, X6 19.08.2001-ci ildə Qazax rayonu, Dəmirçilər kəndində anadan olması faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə etdi və təmin olunmasını xahiş etdi. İzahatında əlavə olaraq bildirmişdir ki, Ləmanın anası Maraqlı şəxs2 olmuş, həmin şəxs Ləmanı 19.08.2001-ci il tarixdə Qazax rayonunda doğmuş və Ləmanın atasının adı Namiq Qəmbərov olmuşdur. Onlar Ləmanın anasını tapmışlar. Lakin Ləmanı doğmuş həmin şəxs məhkəmədə iştirak edə bilmədiyinə görə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iş üzrə yekun məhkəmə aktıq əbul olunan zaman Maraqlı şəxs2 ərizəsini də nəzərə alınmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Namiq Qənbərov adlı şəxs ilə qeyri-rəsmi nikahdan 19.08.2001-ci il tarixdə qız uşağı doğmuşdur. Namiq ilə uşaq doğulmamışdan əvvəl ayrıldığından və maddi imkanı uşağa baxmaq üçün yetərli olmadığından uşaq doğulduqdan sonra onu 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə vermişdir. Uşağın adını Ləman qoymuşdur. Qeyd olunanlara əsasən uşağı Ləmanın doğum faktının müəyyən edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət Publik Hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, 18.08.2001-ci il təvəllüdlü X6 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə 26.07.2004-cü il tarixdə qəbul edilmişdir, hal hazırda müəssisədə tam dövlət təminatındadır. İş üzrə verilmiş “Məhkəmə Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin 426 nömrəli ekpert rəyindən görünür ki, X2 müəyyən edilmiş sümük yaşı 19-20 ilə uyğun gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Ləman Qəmbərova 26.07.2004-cü il tarixdə 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə yerləşdirilmiş, müəssisəyə yerləşdirilərkən şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Hazırda 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində yaşayır. Uşaq, 19.08.2001-ci il tarixdə Qazax rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cü bəndinə əsasən bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli X2 19.08.2001-ci il tarixdə Qazax rayonunda doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 19.08.2001-ci il tarixdə Qazax rayonunda doğulması barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2263/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2263/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver