Məhkəmə qərarları › İş №2(003)-2292/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2292/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2292/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, Ərizəçi yaşama faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1995-ci ildən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslanıdırılmışdır ki, o, Qabardin-Balkan Respublikası, Tımauz şəhəri, Baksanenko qəsəbəsində 1967-ci ildə doğulmuşdur. Daha əvvəl Qabardin-Balkan Respublikası, Tırnauz şəhəri, Baksanenko qəsəbəsində qeydiyyatda olmuş və orda yaşamışdır. Təxminən 1995-ci ildə X1 dəvəti ilə Bakı şəhərinə gəlməşdir. X2 ona iş və yaşayış yeri söz vermişdi. Lakin bu münasibətlərin yalan olduğu ortaya çıxdı. Buna baxmayaraq o həyatda öz yerini tapa bildi. O iş və yaxın dostlar tapdı. Hazırda Azərbaycan ərazisində yaşayır. Mənzildə mənzil icarədarı olaraq çalışır. Eyni zamanda ailə vəziyyətilə əlaqədar olaraq o heç bir yerə gedə bilməmişdir. Bütün bu müddət ərzində o Bakı şəhərində yaşamışdır. Göstərilənlər ona Azərbaycan Respublikası ərazisində yaşamaq hüququnun alınmasına əsasdır. O öz köklərini Azərbaycana salmış və Rusiyaya qayıtmaq niyyətində deyildir. O qəti sürətdə Azərbaycanda məskunlaşmağı və öz taleyini bu hökumətlə bağlamağı qərara almışdır. Azərbaycan Respublikasında yaşamaq faktının müəyyən olunması ona yaşamaq icazəsinin alınması üçün vacibdir. Məhkəmə ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etsə də, Xəzər rayonu ərazisində yaşaması barədə müvafiq sənəd ərizəyə əlavə edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-cu maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Göründüyü kimi ərizəçi 1995-ci il tarixdən Azərbaycan Respublikasında yaşaması faktının təsdiq edilməsini barədə qətnamə çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində həmin cavabdehin poçt ünvanını göstərilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu əsaslarla və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 310.2, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar