Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2875/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X4, Cavabdeh X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı pul tələbinə dair, iddiaçı X1 cavabdeh İddiaçı1 qarşı pul tələbi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə X1 nümayəndəsi və vəkili X2 iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 964 saylı bağ evini və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 965 saylı bağ sahəsini bizə təhvil verilməsi və əmlakdan istifadə etdiyinə görə Cavabdeh 180000 (bir yüz səksən min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı X5 cavabdeh İddiaçı1 800000 ABŞ dollar pulun (ödəniş gününə manatın məzənnəsi ilə) və 20000 manat məbləğində pulun və 250000 manat məbləğində mənəvi zərərin əvəzinin, habelə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barərdə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh X1 nümayəndəsi və vəkili X6 məhkəməyə cavabdeh X1 iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etdərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X7 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili X6 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçıların iddiadan imtinalarını qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçıların iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçıların iddiadan imtina etmələri özünün subyektiv hüququ olub, onun iddiadan imtina etmələri hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddialardan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinəəsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakimişüzrəicraata xitam verir. Qeyd olunanlara əsasən vəAzərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı cavabdehdən mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 964 saylı bağ evini və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 965 saylı bağ sahəsini bizə təhvil verilməsi və əmlakdan istifadə etdiyinə görə Cavabdeh 180000 (bir yüz səksən min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 ödənilməsi və iddiaçı X5 cavabdeh İddiaçı1 qarşı cavabdeh İddiaçı1 800000 ABŞ dollar pulun (ödəniş gününə manatın məzənnəsi ilə) və 20000 manat məbləğində pulun və 250000 manat məbləğində mənəvi zərərin əvəzinin, habelə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi tələbinə dair mülki işlər üzrə iddiaçıların iddialarından imtinaları qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2875/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2875/2021
04.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver