Məhkəmə qərarları › İş №2(003)-2881/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2881/2021

18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2881/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Notariat kontoru vasitəsi ilə həyat yoldaşı X1 təqdim etdiyi etibarnamənin öz razılığı ilə ləğv olunmasını nəzərə alaraq həmin etibarnamənin qüvvədən düşməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İddiaçının məhkəməyə təqdim etmiş olduğu ərizəsində qeyd edilmişdir ki, Xəzər rayon notariat kontoru vasitəsi ilə həyat yoldaşı X1 1 (bir) müddətinə etibarnamə verərək, himayəsində olan yetkinlik yaşına çatmayan övladları Əliyev Yusif v\ Əliyeva Zəhranən ölkə hüdudlarından kənara çıxarılmasına razılıq vermişdir. Hazırkı mərhələdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərəkbarəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin hazırda barəsində qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdur, odu ki, övladlarının yuxarıda sözügedən müddətdə ölkə hüdudlarından kənara çəxarılmasının qəti surətdə əlehinədir. Həsdə saxlandığı müddətdə görüşə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən etibarnamə etibarnamənin müddətinin bitməsi; etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; etibarnamə verilmiş şəxsin imtinası; adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması, nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Həmçinin Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 75-ci maddəsinə əsasən notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Həmçinin Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 79-cu maddəsinə əsasən etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya verilmiş etibarnamənin ləğvi ilə bağlı notariat kontoruna müraciət hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı Xəzər rayonu Notariat kontoru vasitəsi ilə həyat yoldaşı X1 təqdim etdiyi etibarnamənin öz razılığı ilə ləğv olunmasını nəzərə alaraq həmin etibarnamənin qüvvədən düşməsi və ləğv edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya verilmiş etibarnamənin ləğvi ilə bağlı notariat kontoruna müraciət hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar