Məhkəmə qərarları › İş №2(003)-2912/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2912/2020

08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2912/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi vətəndaşlıq vəziyyəti aktının bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, doğum akt qeydiyyatının müəyyən olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün xx xxxxxxx 1977-ci il, doğulduğu yerin Xocalı şəhəri, soyadının Zeynalov, adının Ehtibar, milliyyətinin azərbaycanlı, anasının X8 və atasının X4 qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün xx xxxxxxx 1977-ci il, doğulduğu yerin Xocalı şəhəri, soyadının Zeynalov, adının Aydın, milliyyətinin azərbaycanlı, anasının X8 və atasının X6 qeyd olunması barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1977-ci ildə Xocalı rayonu Cəmilli kəndində anadan olmuşdur. Atası X2 şəhərində doğulmuşdur, milliyyətcə azərbaycanlıdır, anası X1 şəhərində doğulmuşdur, Şuşa faciəsi zamanı şəhid olmuşdur, milliyyətcə azərbaycanlıdır. Doğum haqqında şəhadətnamə Xocalı şəhərindən xx.xx.1992-ci ildə köçkün düşdükləri zaman qarışıqlıq olduğuna görə orada qaldığından bu hüququnu həyata keçirə bilmir. Maraqlı şəxsnə müraciət edib doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin sənədi başqa yolla əldə etmək mümkün deyildir. Qeyd olunanlara əsasən, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün xx xxxxxxx 1977-ci il, doğulduğu yerin Xocalı şəhəri, soyadının Zeynalov, adının Aydın, milliyyətinin azərbaycanlı, anasının X8 və atasının X6 qeyd olunması barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X22 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddəndirlər. Ərizəçinin anası Nazilə, atası Ehtibar, bacısı Ceyran, qardaşı Qabil, Ceyhun olmuşdur. Aydının anası Xocalıda vertolyotda şəhid olmuşdur. Ərizəçi Xocalıda anadan olub. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçi Xocalıda anadan olub, anası şəhid olub, atası sağdır. Ərizəçinin anası Nazilə, Atası Eytvardır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu sektoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkün düşməklə, Bakı şəhəri, Binə qəsəbəsi, 101 saylı TPM-də məskunlaşmışdır. İş materiallarına xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynalov X11 Aygün Baxış qızı ilə xx.xx.2002-ci il tarixdə nikah bağlamışdır. Arvada Zeynalova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə X9 birgə nikahından X16 və X17 doğulmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxx 1992-ci ildə ölmüşdür. İş materiallarına xx.xx.1954-cü il təvəllüdlü X10 məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X15 xx.xx.1954-cü ildə, Mikayılova (Zeynalova) Nazilə İbrahim qızı xx.xx.1957ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının;“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsindən imtina edilmiş və aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Ərizəçi xx xxxxxxx 1977-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, X3, anası X7r. Lakin doğum haqqında akt qeydi itirildiyindən, başqa qaydada əldə etmək mümkün olmamış və ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Ərizəçi X15 və X5 birgə nikahından xx xxxxxxx 1977-ci il tarixdə Xocalı şəhərində anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi doğumunun qeydə alınması faktı təsdiq edilməli, doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü xx xxxxxxx 1977-ci il, doğulduğu yer Xocalı şəhəri, soyadı Zeynalov, adı Aydın, anası azərbaycanlı, xx xxxxxx 1957-ci il təvəllüdlü X8 və atası azərbaycanlı, xx xxxxxx 1954-cü il təvəllüdlü X6 qeyd olunmalıdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (Eytvar) oğlunun doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü xx xxxxxxx 1977-ci il, doğulduğu yer Xocalı şəhəri, soyadı Zeynalov, adı Aydın, anası azərbaycanlı, xx xxxxxx 1957-ci il təvəllüdlü X8 və atası azərbaycanlı, xx xxxxxx 1954-cü il təvəllüdlü X6 qeyd edilsin. Qətnamə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar