Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3265/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 16.05.2021-ci ildə ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı, 07.06.1992-ci il təvəllüdlü X4 16.05.2021-ci il tarixdə vəfat etmişdir. Şəxsin ölümü barədə təsdiqedici tibbi sənəd lazımi qaydada və müddətdə verilmədiyindən qeydiyyat şöbəsindən şəhadətnamənin alınması mümkün olmamışdır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyət vəsiqəsindən görünür ki, X4 07.06.1992-ci ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 15.07.2021-ci il tarixli, 05/15-792 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 ölümünün qeydiyyatı ilə əlaqədar qeydiyyat şöbəsinə həkim arayışı təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi məsələsi ilə ilə əlaqədar məhkəməyə müraciə etməsi məqsədi müvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş arayışdan görünür ki, X4 16.05.2021-ci il tarixdə dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. O da qeyd olunmuşdur ki, meyit xarici müayinə olunmuş və bu barədə Xəzər Rayon Prokurorluğu tərəfindən protokol tərtib olunmuşdur. İş materiallarında olan Xəzər Rayon Prokurorluğunun 24 may 2021-ci il tarixli qərarından görünür ki, vətəndaş X2 16.05.2021-ci il tarixdə yaşadığı evdə ölməsi faktına görə rayon prokurorluğunda toplanmış C-191/21 nömrəli araşdırma material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. İş materiallarında olan XVİ-ЖГ seriyalı 433704 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07.06.1992-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuşdur. Onun atası Ərizəçi, anası X6r. Məhkəmədə şahid qismində dindirilmiş anası X11 ifadəsində bildirdi ki, X4 onun qızıdır. 17 yanvar 2021-ci il tarixdə mərhum mədə kiçiltmə əməliyyatı olunmuşdur. Bir müddət sonra halı pisləşdiyi üçün Mərkəzi Klinikada müalicə almışdır. Sinir sistemi çökmüş və yerimə qabiliyyətini itirmişdir. X4 16.05.2021-ci il tarixdə ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, X4 onun yoldaşıdır. Onun mədəsində problem var idi. Müalicə olunmasına baxmayaraq sağalmadı. X1 16.05.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X2 16.05.2021-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X2 16.05.2021-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 iyun 1992-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş X2 16 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3265/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3265/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver