Məhkəmə qərarları › İş №2(003)-3271/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3271/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3271/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1850,10 manat məbləğində əsas borcun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərclərə görə 300 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2140,70 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 iddia ərizəsinin məzminuna uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, tərəfindən İddiaçınə qarşı eyni tələb üzrə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir və məhkmənin 14.02.2019-cu il tarixli 2(011)-1304/2019 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir. Qeyd edilənlərə əsasən hazırkı mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı nümayəndəsi X2 hazırkı mülki iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli 2(011)-1304/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanı (abonent kodu **********00000) üzrə Cavabdeh hesablanmış 1529,60 (min beş yü z iyirmi doqquz manat 60 qəpik) manat məbləğndə borc silinmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət edilmişdir. Halbuki, prosesual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququnu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli 2(011)-1304/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1850,10 manat məbləğində əsas borcun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərclərə görə 300 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2140,70 manat borcun İddiaçı xeyrinə tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar