Məhkəmə qərarları › İş №2(003)-343/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-343/2023

23.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-343/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X1, İddiaçı3 İxtisaslaşdırılmış Mədə-bağırsaq sanatoriyasının nümayəndəsi X2 iştirakı ilə İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, İddiaçı2 QSC-nin və İddiaçı3 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasının Cavabdeh qarşı cavabdehin hesabına tikilinin sökülməsi və ərazinin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İddiaçı2 QSC və İddiaçı3 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyası Cavabdeh qarşı cavabdehin hesabına tikilinin sökülməsi və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3 Mədə-Bağırsaq sanatoriyasının daimi və qanuni istifadəsində olan zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin, hasarın cavabdehin hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətinə gətirilməsi, ərazinin boşaldılması və dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, Zeynal-zadə Arif Əli oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2018-ci il tarixdə Zeynal-zadə Arif Əli oğlu ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçılar hazırki halda hüquq qabiliyyəti olmayan ölmüş şəxsə qarşı iddia qaldırdığından və Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, İddiaçı2 QSC-nin və İddiaçı3 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasının Cavabdeh qarşı cavabdehin hesabına tikilinin sökülməsi və ərazinin boşaldılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar