Məhkəmə qərarları › İş №2(003)-3517/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3517/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3517/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı BOKT QCS-nin Cavabdeh qarşı borcun tutulması tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT QSC Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edədək, Cavabdeh 1000.44 ABŞ dolları məbləğində əsas borc, 480.58 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 1481.02 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-RE-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobilinə (buraxılış ili 2012, Ban – LB37624S0CL031553 rəngi - ağ) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Süleyman Bəkirov ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-RE-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik (buraxılış ili 2012, Ban – LB37624S0CL031553 rəngi - ağ) avtomobilin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli 2(003)-3517/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh məxsus **-RE-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, həmçinin “GEELY MK” minik markalı **-RE-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı BOKT QCSnin mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, iddiaçı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli 2(003)-3517/2021 saylı qərardadı ilə Cavabdeh məxsus “GEELY MK” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 259.11, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT QCS-nin Cavabdeh qarşı borcun tutulması tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli 2(003)-3517/2021 saylı qərardadı ilə Cavabdeh məxsus “GEELY MK” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar