Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3902/2021 25.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.12.2018-ci il tarixli müqavilə üzrə 391,3 manat ödənilməmiş hissə, 39 manat cərimə, 26.11.2019-cu il tarixli müqavilə üzrə 279 manat ödəniməmiş hissə, 27 manat cərimə, 23.02.2020-ci il tarixli müqavilə üzrə 123 manat ödənilməmiş hissə, 12 manat cərimə, 08.06.2019-cu il tarixli müqavilə üzrə 307 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumilikdə 1208,3 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 20.12.2018-ci il tarixli, 26.11.2019-cu il tarixli, 23.02.2020-ci il tarixli və 08.06.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh, VENUS markalı masa, kamod, ikiqapılı vitrin, İMEİ Kodu **********71860 olan Samsung galaxy A10 markalı telefon, Elari KidPhone markalı 2 ədəd qol saatı və HOFFMANN markal kondisoner almış, həmin müqavilələr üzrə cəmi 3038,7 manat ödəniş etmişdir. Sonradan müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 1208,3 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 20.12.2018-ci il tarixdə 00427563 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2696 manat olan VENUS markalı masa, kamod, ikiqapılı vitrin Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 112 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və 8 manat ilkin ödəniş etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.11.2019-cu il tarixdə 01077015 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 486 manat olan İMEİ Kodu **********71860 olan Samsung galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 21 ay müddətində ödəniş cədvəli üzrə hər ay 23 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və 3 manat ilkin ödəniş etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23.02.2020-ci il tarixdə 20122442 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 211 manat olan Elari KidPhone markalı 2 ədəd qol saatı Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 17,6 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.06.2019-cu il tarixdə 00711348 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 746 manat olan HOFFMANN markal kondisoner Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 30 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və 26 manat ilkin ödəniş etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 20.12.2018-ci il tarixli müqavilə üzrə 391,3 manat ödənilməmiş hissə və 39 manat cərimə, 26.11.2019-cu il tarixli müqavilə üzrə 279 manat ödəniməmiş hissə, 27 manat cərimə, 23.02.2020-ci il tarixli müqavilə üzrə 123 manat ödənilməmiş hissə, 12 manat, 08.06.2019cu il tarixli müqavilə üzrə 307 manat ödənilməmiş hissə və 30 manat cərimə olmaqla ümumilikdə 1208,3 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə 1561 manat məbləğində borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 20.12.2018-ci il tarixli 00427563 saylı saylı müqavilə üzrə 391,3 manat ödənilməmiş hissə və 39 manat cərimə, 26.11.2019-cu il tarixli 01077015 saylı müqavilə üzrə 279 manat ödəniməmiş hissə, 27 manat cərimə, 23.02.2020-ci il tarixli 20122442 saylı müqavilə üzrə 123 manat ödənilməmiş hissə, 12 manat cərimə, 08.06.2019-cu il tarixli 00711348 saylı müqavilə üzrə 307 manat ödənilməmiş hissə və 30 manat cərimə olmaqla ümumilikdə 1208,3 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 20.12.2018-ci il tarixli 00427563 saylı saylı müqavilə üzrə 391,3 manat ödənilməmiş hissə və 39 manat cərimə, 26.11.2019-cu il tarixli 01077015 saylı müqavilə üzrə 279 manat ödəniməmiş hissə, 27 manat cərimə, 23.02.2020-ci il tarixli 20122442 saylı müqavilə üzrə 123 manat ödənilməmiş hissə, 12 manat cərimə, 08.06.2019-cu il tarixli 00711348 saylı müqavilə üzrə 307 manat ödənilməmiş hissə və 30 manat cərimə olmaqla ümumilikdə 1208,3 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3902/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3902/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver