Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4064/2021 27.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh3nə qarşı ölüm faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın qəbul edilməsi və müddətinin ötürülməsinin üzrlü hesab edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ulu babası X2 və onun oğlu, yəni babası X3 ölüm faktının müəyyən edilməsi, atası X1, ulu babasının və babasının vərəsəsi kimi tanınması, mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin ərizə və sənədlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydalara riayət olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7. maddəsindən görünür ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh3nə qarşı ölüm faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın qəbul edilməsi və müddətinin ötürülməsinin üzrlü hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh3nə qarşı ölüm faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın qəbul edilməsi və müddətinin ötürülməsinin üzrlü hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-4064/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4064/2021
27.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver