Məhkəmə qərarları › İş №2(003)-4072/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4072/2021

18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4072/2021 18.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, keçmiş Bakı şəhər X1 Bakı Şəhər İcraiyyə Komitəsinin komissiyasının 21.03.1986-cı il tarixli 52 saylı protokoluna əsasən Türkan bağ massivində 0.12 ha torpaq sahəsi olan istifadəsinə ayrılmış 1062a saylı bağa dair bağlanmış 09 avqust 1989-cu il tarixdə 26278 nömrəli müqavilənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş Bakı şəhər X1 Bakı Şəhər İcraiyyə Komitəsinin komissiyasının 21.03.1986-cı il tarixli 52 saylı protokoluna əsasən Türkan bağ massivində 0.12 ha torpaq sahəsi olan 1062a saylı bağ sahəsi ona ayrılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən həmin bağa dair 09 avqust 1989-cu il tarixdə 26278 nömrəli müqavilə bağlanmışdır. Halhazırda həmin bağ sahəsini öz adına özəlləşdirmək istəmiş və müəyyən edilmişdir ki, bağ müqavilədə atasının adı Qasım Bala kimi göstərilmişdir. Lakin Xəzər rayon Plis İdarəsi tərəfindən ona verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, o, Qasım oğludur. Onun bütün sənədlərində, yəni doğum haqqında şəhadətnamə, atasının ölüm haqqında şəhadətnaməsində atasının adı Qasım kimi göstərilmişdir. Beləliklə, müqavilədə şəxsiyyət vəsiqəsində atasının adı düz gəlmir. Qeyd olunanlara əsasən, keçmiş Bakı şəhər X1 Bakı Şəhər İcraiyyə Komitəsinin komissiyasının 21.03.1986-cı il tarixli 52 saylı protokoluna əsasən Türkan bağ massivində 0.12 ha torpaq sahəsi olan istifadəsinə ayrılmış 1062a saylı bağa dair bağlanmış 09 avqust 1989-cu il tarixdə 26278 nömrəli müqavilənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə ərizəçi və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06.10.1946-cı il təvəllüdlü Ərizəçi atası X2r. İş materiallarına əlavə edilmiş 09 avqust 1989-cu il tarixdə 26278 nömrəli müqavilənin surətindən görünür ki, Məmmədov X3 Türkan bağ massivində 1062a saylı 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.08.2021-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş sənədlərdə ata adında uyğunsuzluq olduğuna görə Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 1062a saylı bağ sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 1062a saylı 0.12 ha torpaq sahəsi ayrılmasına dair 09 avqust 1989-cu il tarixli 26278 nömrəli müqavilədə “Məmmədov X4 (sənəddə yazıldığı kimi: X6 Bala)” olaraq qeyd edilmiş şəxslə ərizəçinin eyni şəxs olmaları, həmin sənədin 06 oktyabr 1946-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktı tam təsdiq olunduğundan və faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 1062a saylı 0.12 ha torpaq sahəsi ayrılmasına dair 09 avqust 1989-cu il tarixli 26278 nömrəli müqavilənin 06 oktyabr 1946-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar