Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-412/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı hüquqi əhəməyyəli faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il tBakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl Şüvəlan 68 saylı bağ sahıəsinin yanında istifadəsində olan 0,05 ha. torpaq sahəsinin 40 il istifadəsində olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması zamanı iddiaçı Ərizəçi nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, ərizə baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı onun və övladları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il tBakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl Şüvəlan 68 saylı bağ sahıəsinin yanında istifadəsində olan 0,05 ha. torpaq sahəsinin 40 il istifadəsində olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-412/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-412/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver