Məhkəmə qərarları › İş №2(003)-4122/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4122/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4122/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, borcun girov predmetinə yönəldilməsi, girov predmetinin hərracdan satılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması, borcun girov predmetinə yönəldilməsi, girov predmetinin hərracdan satılması tələbi barədə iddia ərizəsi ilə məhəkəməyə müraciət etmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, borcun girov predmetinə yönəldilməsi, girov predmetinin hərracdan satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar