Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4199/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İş № 2(003)-4199/2021 Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon Məhkəməsi QƏRARDAD 01 oktyabr 2021-ci il Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cəmi 2004.25 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2. maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilməli olduğu halda, 30 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5. maddəsindən görünür ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri İş № 2(003)-4199/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Xəzər Rayon Məhkəməsi 01 oktyabr 2021-ci il Bakı şəhəri Hakim Xəzri Ramilə Həşim qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxılır. Prosessual hərəkət saat 11:40-da açıldı. Hakim ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin geri qaytarılmasına dair qərardadı elan edir. Hakim: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Ünvan: AZ 1044 Bakı şəhəri, tel: 454-40-42 Mərdəkan qəsəbəsi, Telman küçəsi 4 İş № 2(003)-4199/2021 19 oktyabr 2021-ci il İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətina Ünvan: Bakı şəhəri, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, ev 2, mənzil 56 Sizin Cavabdeh qarşı pul tələbinə dair ərizəniz və ona əlavə edilmiş sənədlər Xəzər rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadına əsasən, icraata qəbul edilmədən Sizə geri qaytarılır. Qoşma: qərardad, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Hakim Ramilə Xəzri İş № 2(003)-4199/2021 19 oktyabr 2021-ci il İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətina Ünvan: Bakı şəhəri, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, ev 2, mənzil 56 Sizin Cavabdeh qarşı pul tələbinə dair ərizəniz və ona əlavə edilmiş sənədlər Xəzər rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadına əsasən, icraata qəbul edilmədən Sizə geri qaytarılır. Qoşma: qərardad, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-4199/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4199/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver