Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-455/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Hüseyn Cəfərlinin, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 7224.13 manat məbləğində zərərin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 7254.13 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “İddiaçı" İB xx.xx.2017-ci il tarixli T/16555 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana "İddiaçı" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00790 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 40014148 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sayğacdan kənar qaz xətti vasitəsilə, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq, "İddiaçı" İB-nin nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehin ümumi borcu 7224.13 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, o, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan 2016-cı il tarixdən 2017-ci ilin aprel ayınadəkistifadə etmişdir. 2017-ci ilin aprel ayında həmin xətt İddiaçı İB-nin əməkdaşları tərəfindən kəsilmişdir və ondan sonra təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Ona görə də xx.xx.2016-cı il tarixdən 2017-ci il tarixədək tərtib edilmiş aktlar əsasında ümumi 1797.5 manat məbləğində pulun ondan tutulmasına etiraz etmədiyini bildirdi. İddia tələbini qalan hissədə etiraf etməyərək, qeyd etdi ki, 2017-ci ilin aprel ayından sonra o, qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Bu barədə tərtib edilmiş aktlar həqiqətə uyğun deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli T/16555 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvan 2 ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00790 sayla qeydiyyata alınmış abonent koduna 7222.53 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Həmin aktlar xx.xx.2016 il tarixdə 172.8 manat, xx.xx.2016-cı il tarixdə 107.1 manat, xx.xx.2016-cı il tarixdə 119.3 manat, xx.xx.2016-cı il tarixdə 203.5 manat, xx.xx.2017-ci il tarixdə 265.6 manat, xx.xx.2017-ci il tarixdə 322.4 manat, xx.xx.2017-ci il tarixdə 265.6 manat, xx.xx.2017-ci il tarixdə 341.2 manat, xx.xx.2018-ci il tarixdə 1025.4 manat, xx.xx.2018-ci il tarixdə 284.4 manat, xx.xx.2018-ci il tarixdə 227.6 manat, xx.xx.2018-ci il tarixdə 284.4 manat, xx.xx.2018-ci il tarixdə 182 manat, xx.xx.2018-ci il tarixdə 133.2 manat, xx.xx.2018-ci il tarixdə 133.2 manat, xx.xx.2018-ci il tarixdə 133.2 manat, xx.xx.2018-ci il tarixdə 115.2 manat, xx.xx.2018-ci il tarixdə 66.6 manat, xx.xx.2018-ci il tarixdə 142.2 manat, xx.xx.2018-ci il tarixdə 142.2 manat, xx.xx.2019-cu il tarixdə 142.2 manat, xx.xx.2019-cu il tarixdə 142.2 manat, xx.xx.2019-cu il tarixdə 142.2 manat, xx.xx.2019-cu il tarixdə 142.2 manat, xx.xx.2019-cu il tarixdə 32.4 manat, xx.xx.2019-cu il tarixdə 32.4 manat, xx.xx.2019-cu il tarixdə 32.4 manat, xx.xx.2019-cu il tarixdə 32.4 manat, xx.xx.2019-cu il tarixdə 32.4 manat, xx.xx.2019-cu il tarixdə 32.4 manat, xx.xx.2019-cu il tarixdə 142.2 manat, xx.xx.2019-cu il tarixdə 295.2 manat, xx.xx.2020-ci il tarixdə 295.2 manat, xx.xx.2020-ci il tarixdə 295.2 manat, xx.xx.2020-ci il tarixdə 295.2 manat, xx.xx.2020-ci il tarixdə 78.7 manat. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin aktlar əsasında (2016-2017) qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, qalan hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında Cavabdeh itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin aktlar tamamilə formal tərtib edilmiş, həmin ünvanda yaşayan hər hansı bir şəxsin iştirakı təmin edilmədən tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən akt iki nüsxədən ibarət olmaqla tərtib edilməli və bir nüsxəsi barəsində akt tərtib edilən tərəfə təqdim edilməlidir. Bundan əlavə, həmin aktlar tərtib edilərək abonentin iştirakı təmin edilmədiyindən, evə də baxış keçirilməmiş və qaz sayğacına kənar müdaxilə olduğu halda belə evdə olan qazla işlədəyən avadanlıqların siyahısı da düzgün tərtib edilməmiş müxtəlif aktlarda müxtəlif avadanlıqlar yazmaqla hansı səbəbdən aktda tərtib edilmiş günə və sərfiyyata uyğun hesablama aparmalarını iddialarında da əsaslandırmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan 1797.5 (xx.xx.2016-cı il tarixdə 172.8 manat, xx.xx.2016-cı il tarixdə 107.1 manat, xx.xx.2016-cı il tarixdə 119.3 manat, xx.xx.2016-cı il tarixdə 203.5 manat, xx.xx.2017-ci il tarixdə 265.6 manat, xx.xx.2017-ci il tarixdə 322.4 manat, xx.xx.2017-ci il tarixdə 265.6 manat, xx.xx.2017-ci il tarixdə 341.2 manat) manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1797.5 manat və 15 manat məbləğində dövlət rüsumu, cəmi 1812.5 (bir min səkkiz yüz on iki manat əlli qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-455/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-455/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver