Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-532/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayə orqanı) X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayə orqanı) 14 noyabr 1985-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və onun üzərində qəyyum təyin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 14.11.1985-ci il təvəllüdlü oğlu X4 psixi pozuntular, kobud davranış pozuntuları ilə və ağır dərəcəli ağıl zəifliyi diaqnozu ilə müddətsiz olaraq İ qrup əlildir. Bu barədə TSEK-in arayışı ərizəyə əlavə edilmişdir. İ qrup əlil oğlu xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir və başqasının qulluğuna ehtiyacı vardır. Ona görə fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır. 14.11.1985-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 oğlu ərizəyə dair mülahizələrini məhkəmənin öhdəsinə verdiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ərizəçinin və qəyyumluq və himayəçilik komissiyasının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 14 noyabr 1985-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində doğulmuş X2 atası Əliyev Ağatahir anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı 443795 saylı arayışdan görünür ki, 14 noyabr 1985-ci il təvəllüdlü X4 uşaqlıqdan müddətsiz birinci qrup əlildir. X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi Ərizəçi oğlu Zaur Əliyevin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi vəziyyəti ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, X4 uşaqlıqdan ömürlük olaraq birinci qrup əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 526 saylı, 01.03.2021-ci il tarixli rəyindən görünür ki, X3 dərin əqli gerilik (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar-psixi inkişafda geri qalması, nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər- kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmamamsı və s. sübut edir ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də o,. fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, X2 ruhi xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibb müəssisəsinin arayışı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X4 ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə bu hissədə təmin edilərək Zaur Əliyev fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, X4 ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, , X4 ruhi xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibb müəssisəsinin arayışı ilə və iş üzrə təyin edilmiş məhkəmə psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildiyindən və Ərizəçi Zaur Əliyevin anası olduğundan, buna görə də onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaq hüququna malik olduğundan ərizə bu hissədə əsaslıdır. Odur ki, ərizə həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda, ərizənin “ərizəçinin oğlunun üzərində qəyyum təyin edilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, ərizə həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəyyumluq və himayəçilik qəyyumluq və himayəçilik otqanı tərəfindən təyin edildiyindən, ərizə qeyd edilən hissədə əsassızdır. Buna görə də ərizə göstərilən hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi qismən təmin edilsin. 14 noyabr 1985-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-532/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-532/2021
12.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver